Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

Tərtər hadisələrindən 6 ay əvvəl eyni olaylar...


İşgəncə
İşgəncə

Ermənistan üçün casusluq iddiaları ilə açılmış "Tərtər işi"nə oxşar olaylar ondan altı ay öncə - 2016-cı ilin noyabrında başqa bir hərbi hissədə də yaşanıbmış. Orada da bir qrup hərbi qulluqçu Ermənistan hərbçiləri ilə casusluqda, həm tabeliklərindəki əsgərləri qarşı tərəflə cinsi əlaqəyə məcbur etməkdə, həm də özləri bununla məşğul olmaqda və s. əməllərdə suçlanaraq həbs olunublar.

Tutulanlara 15 ildən ömürlüyə qədər ağır cəzalar verilib. Ancaq hərbçilər özlərini təqsirli bilməyib, ifadələri işgəncə altında verdiklərini deyiblər.

"Dedi ki, 20 nəfər Hərbi Prokurorluğa gətirilib"

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sözügedən hərbi hissədəki dindirmələri də sonradan, 2017-ci ildə Tərtər hadisələrində iştirak edənlər aparıb. Məsələn, Tərtər işgəncələrinə görə 10 il azadlıqdan məhrum edilən, 2021-ci ildə istintaq təzələnəndən sonra yeni hallar üzə çıxdığına görə ona qarşı yeni ittihamlar irəli sürülən Fuad Ağayev.

Hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş mayor Ağayev ifadəsində deyib ki, 2016-cı ilin oktyabrında Qarabağın hərbi prokuroru Namiq Muradov xüsusi rabitə vasitəsilə onun telefonuna zəng edib, N saylı hərbi hissədə baş verənlərdən xəbəri olub-olmadığını soruşub: "Dedi ki, 20 nəfər Hərbi Prokurorluğa gətirilib, iki-üç gündür onlarla işləyirik...".

Bundan az sonra – noyabrda həmin hərbi hissədə əsgər Arzuman Qasımov öldürülür. Postda olarkən aldığı güllə yarasından ölən bu əsgər ora başqa bir hərbi hissədən yenicə göndərilmişdi. Hərbi xidmət müddətinin başa çatmasına az qalmış əsgərin xidmət yerinin niyə dəyişdirilməsi isə məlum deyil.

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

İddialar

Cinayət işinin materiallarında iddia olunur ki, kiçik çavuş E. Q. 2006-cı ildə hərbi xidmətdə olduğu dövrdə neytral ərazidə Maksim adlı erməni əsgərlə görüşüb uşaqbazlıq edib. Razılaşıb ki, hərbi xidmətdən sonra Rusiyada görüşsünlər. İddiaya görə, onlar 2009-2010-cu illərdə Rusiyada görüşüblər və Maksim ona 4 min dollar pul verib ki, orduya işə düzəlsin, xidmət zamanı qarşı tərəfdən dayısı oğlu Kolyanı tapıb onunla görüşsün.

E. Q. 2015-ci ildə Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) kimi götürülüb, manqa snayperçisi kimi xidmətə başlayıb. Onun Kolyanı necə tapması isə cinayət işində belə təsvir olunub: "2016-cı ilin iyul ayının ortalarında postdan qarşı tərəfə "Kolya" qışqırıb. Qarşı tərəfdən "Edik" cavabı gələndə onun Maksimin dayısı oğlu olduğunu anlayıb...".

İttihama əsasən, Kolya tapşırıb ki, digər hərbçiləri asılı vəziyyətə salmaq üçün onun yanına gətirsin, müəyyən videoları çəkilsin və həmin görüntülərlə şantaj edilsinlər. Öncə postlardan birinin başçısı L. L.-i aldadıb aparıb, ona qarşı seksual zorakılıq edilib, videoya çəkilib, həmin görüntülərlə şantaj olunub. L.L.-nin də, öz növbəsində, başqalarını apardığı bildirilir. İttihamda yazılıb ki, əsgər Arzuman Qasımov getmək istəmədiyinə görə L.L. onu silahla vurub öldürüb.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

İfadələri işgəncə altında verdiklərini deyiblər

Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dövlətə xəyanət, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, zorlama və başqa maddələrlə E. Q. ömürlük, L. L. 20 il, D.H. 19 il, Z. Ə. 17 il, R. C. isə 15 il həbs cəzasına məhkum edilib. Amma onların heç biri məhkəmədə özlərini təqsirli bilməyib. İstintaqdakı etiraf ifadələrini də işgəncələr altında verdiklərini deyiblər.

E.Q. bildirib ki, ittihamda yazılan hərəkətlərin heç birini törətməyib, sadəcə, işgəncələrə dözə bilmədiyinə görə onları boynuna götürməyə məcbur olub. "Orada yazılanları demək üçün məni toka veriblər, turnikdən asılı vəziyyətdə üç gün ac-susuz saxlayıblar. Ən müxtəlif formalarda işgəncələrə məruz qalmışam. Burada demədiyim başqa formada işgəncələr veriblər...", – Q. belə deyib. O, məhkəmədə ancaq əsgər Elçin Musayevi postda yatdığına görə onun başına dəbilqə ilə vurduğuna görə özünü təqsirli bilib. Qalan heç bir ittihamı qəbul etməyib.

L.L. deyir ki, ona o qədər işgəncə veriblər, ağzındakı dişləri sınıb tökülüb. O, əsgər Arzuman Qasımovun onun tərəfindən qətlə yetirilməsi haqda ittihamın yalan olduğunu, əsgərin atəş nəticəsində öldüyünü bildirib. L.L.-nin sözlərinə görə, hadisə vaxtı əsgərin əynində zirehli jilet olmayıb. O etiraf edib ki, sonradan özü jiletə atəş açıb: "Fikirləşdim ki, əsgərin əynində bronejilet olmadığına görə səhlənkarlığa görə mənə cinayət işi aça bilərlər. Ona görə bronejiletə ayrıca bir neçə atəş açdım. Amma əsgəri mən vurmamışam. Başqa heç bir işdə təqsirim yoxdur".

D.H., Z. Ə., R. C. da işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf ifadələrinə imza atmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

"Ayaqları o qədər şişmişdi ki, gəzə bilmirdi"

L.L-nin qardaşı AzadlıqRadiosuna bildirib ki, "Tərtər işi" üzrə istintaq yenilənəndən sonra qardaşının işinin də təkrar araşdırılması üçün müraciət ediblər. Onun sözlərinə görə, qardaşı həbs olunanda cəmi 20 yaşı vardı və ona ağlasığmaz işgəncələr veriblər: "Qardaşımın cinsiyyət orqanına tok qoşublar. İşgəncələrdən ağzında dişi qalmayıb. Birinci dəfə onu 2016-cı il dekabrın 17-də görəndə ayaqları o qədər şişmişdi ki, gəzə bilmirdi. Ona butulka ilə əzab vermişdilər. Bu qədər qansızlıq olmaz axı... Belə işgəncə ilə ifadə alıblar ki, guya erməniyə işləyib. Hamısı da yalandan...".

Özü də hərbi sahədə çalışan L. deyir ki, qardaşının həbsindən sonra onu da işdən çıxarıblar: "Dedilər ki, vətən xaininin qardaşısan...".

"Tərtər işi"

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini, onlara dövlətə xəyanət maddəsi üzrə cinayət içi açıldığını bildiriblər. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. İşgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər) bəzilərinə sonradan bəraət verilib.

'Tərtər işi'ndə 16 hökm ləğv edildi, qərar zərərçəkənləri qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

"Tərtər işi" üzrə istintaq dekabrda yenilənib. Baş prokurorluğun aprelin 19-da yaydığı məlumata görə, iş üzrə ümumilikdə 397 zərərçəkmiş müəyyən edilib.

XS
SM
MD
LG