Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:06

Ermənistan müxalifəti Qarabağa görə yürüşlərə başlayır (Video)


Ermənistanda Azərbaycanla başlayan sülh prosesini poza biləcək qüvvələr varmı?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ermənistanda Azərbaycanla başlayan sülh prosesini poza biləcək qüvvələr varmı?

Ermənistanda keçmiş prezident Robert Koçaryanın Hayastan müxalifət blokunun təşəbbüsü ilə “məlumatlandırma” yürüşü keçirilir.

Yürüş Komitas prospektindən başlayaraq şəhərin mərkəzindəki Fransa meydanınadək davam edib.

Ermənistan Milli Məclisi spikerinin müavini, Hayastan fraksiyasının Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan deyib ki, bu yürüşlər 5 gün davam edəcək və yekun olaraq mitinq keçiriləcək.

O əlavə edib ki, bu mübarizə şəbəkə və ya mərkəzsiz xarakter daşıyır. Saqatelyanın fikrincə hər bir siyasi partiya mübarizəni öz bildiyi kimi aparsa da, son məqsəd “bu şər hakimiyyətini” ləğv etməkdir:

“Biz birlikdə hər gün Yerevanda müxtəlif etiraz aksiyaları, yürüş və nümayişlər keçirəcəyik. Bu beş gün ərzində məqsədimiz bütün Ermənistanda xalqı ayağa qaldırmaq olacaq. İndiki hakimiyyətin ölkəni yeni güzəştlərə aparmaq üçün mandatı yoxdur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, yürüş insidentsiz ötüşməyib. Vəziyyət deputat Geqam Manukyan baş nazir Nikol Paşinyanın şəklini küçədəki sürət detektoruna yapışdırmaq istəyəndə gərginləşib.

Polis bu hərəkətə yol verməyəndə isə qarışıqlıq düşüb. Bir neçə nümayişçinin yerə yıxıldığı xəbər verilir.

İcevandan Yerevana

Aksiya iştirakçılarından deputat Anna Qriqoryan Azatuyuna deyib ki, bu həlledici mübarizədir, müxalifət parlamentə qayıtmayacaq və mübarizə küçələrdə davam edəcək:

“Biz həlledici mübarizəyə çıxmışıq. Biz bu məsələdə tam qətiyyətliyik, çünki Nikol Paşinyan Milli Məclisdəki son çıxışında o və komandasının Artsaxı (Qarabağ-red) Azərbaycanın tərkibində görməyə hazır olduqlarını bildirdi. Əgər onlar belə bir qərar qəbul ediblərsə, biz də bütün qətiyyətimizlə bu qərara müqavimət göstərməliyik. Bugün parlamentdə danışılası heç nə qalmayıb. Biz küçədə olmalıyıq ki, bütün erməni xalqını bir gündəlik ərafında birləşdirək: Artsaxın (Qaraba-red) erməniliyini Azərbaycandan kənarda saxlayaq və suveren Ermənistan Respublikası tərəfindən hər hansı güzəştlərə yol verməyək”.

Azatutyun xəbər verir ki, Daşnaksutyun partiyasının gənclər qanadı Komitas prospektində aksiya keçirib. İştirakçılar yolu kəsib avtobusların damına çıxıblar. Polisin bu adamları saxladığı xəbər verilir.

Hayastan fraksiyası isə yürüşə Paşinyanın doğma rayonu – İcevandan başlayıb. Onlar “oğul, ayıl!” şüarı ilə paytaxt Yerevanadək yürüş etməyi planlaşdırırlar.

XS
SM
MD
LG