Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:34

Putin Qərbi ‘ildırımsürətli zərbələr’ ilə qorxudur


Kollaj
Kollaj

O bu zərbələri “cavab-önləmə” zərbələri adlandırıb. Bu termin hərbi doktrinalarda nüvə silahından istifadə ilə bağlı işlədilir

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də bəyan edib ki, əgər kimsə kənardan Ukraynadakı vəziyyətə müdaxilə etsə və Rusiyaya qeyri-məqbul təhlükələr yaratsa, Moskva “ildırımsürətli zərbələr” endirəcək.

Peterburqda Federasiya Şurası qanunvericilər şurasının üzvləri qarşısında çıxış edən Putin deyib ki, “ildırımsürətli zərbələrə” dair bütün qərarlar artıq qəbul olunub.

O bu zərbələri “cavab-önləmə” zərbələri adlandırıb. Bu termin hərbi doktrinalarda nüvə silahından istifadə ilə bağlı işlədilir.

Belə zərbələr düşmən tərəfindən hücum təsdiqlənmiş fakt olanda, lakin hələ müdafiə tərəfinə heç bir ziyan vermədiyi halda belə endirilir.

Rusiya başçısı “ildırımsürətli zərbələrin” hansı silahla və hansı hədəflərə endiriləcəyi barədə danışmayıb.

O habelə konkret olaraq “nüvə silahı” ifadəsini işlətməyib. Lakin o bundan əvvəl Rusiyanın düşməndə analoqu olmayan yeni silahından söz açmışdı.

Köhnə hədələr

Putin Peterburq çıxışı zamanı habelə 24 fevralda Ukraynaya hərbi basqın ərəfəsində etdiyi nitqə toxunub.

O həmin çıxışında demişdi ki, Ukraynada xarici ölkələr xüsusi əməliyyata müdaxilə etsələr, “tarixlərində görmədikləri nəticələrlə” üzləşəcəklər.

Putin habelə düşmən tərəfindən “strateji xarakterli qeyri-məqbul təhlükə” ifadəsinin də mənasını izah etməyib.

Rusiyanın hərbi doktrinası nüvə silahından ölkənin varlığına təhlükə yaranarsa istifadəni nəzərdə tutur.

Putin bir daha təkrar edib ki, onun təbirincə deyilərsə, “Donbas və Ukraynada aparılan xüsusi əməliyyatın” bütün vəzifələri yerinə yetiriləcək.

O bu vəzifələrdən birinin “Rusiya, ilhaq olunmuş Krım, habelə qondarma DXR və LXR sakinlərinin sülh və təhlükəsizliyinin təminatının tarixi perspektivinin zəruriliyi” olduğunu demişdi.

Ukraynanın Xerson şəhərində sakinlər Rusiya ordusuna qarşı çıxıb
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Köhnə tezislər

Putin bundan əvvəl “xüsusi əməliyyatdan” məqsədin həm də Ukraynanın “denasifikasiya və delimitarizasiyası” olduğunu deyirdi.

Peterburq çıxışında Putin habelə Ukraynaya müdaxiləyə haqq qazandıran tezisiləri təkrar edib.

Onun sözlərinə görə “Rusiyanın məhvinə can atan hansısa dost olmayan ölkələr əvvəlcə rusofobiya və neonasistlərə güvənərək Ukraynanı anti-Rusiyaya çeviriblər, daha sonra isə onu bizim ölkəmizlə birbaşa toqquşmaya təhrik ediblər”.

Ukraynada “xüsusi əməliyyat”, əslində isə suveren ölkəyə qarşı tammiqyaslı müharibnə artıq iki aydır ki, davam edir.

Bu müddət ərzində Ukraynanın cənubunda və şərqində bəzi əraziləri zəbt edən Rusiya qüvvələri Kiyevin ətraflarından geri çəkilməyə məcbur olub.

Qərb ölkələri bu müharibəyə görə Rusiya üzərinə qoyduqları ağır sanksiyaları demək olar hər gün genişləndirirlər.

Ukrayna öz hava məkanına əsasən nəzarət edir. Rusiya ‘şantaj’da suçlanır

Gazprom şirkəti Bolqarıstan və Polşaya qaz təchizatını dayandırandan sonra Aİ Moskvanı “şantaj”da suçlayıb.

“Gazprom-un Avropada alıcılara qaz təchizatını birtərəfli dayandırdığını elan etməsi Rusiyanın qazdan şantaj aləti kimi daha bir istifadə cəhdidir”, – Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bəyanatında deyib.

“Bu ssenariyə hazırıq… Üzv ölkələr məhz belə bir ssenari üçün fövqəladə planlar hazırlayıblar, biz də onlarla koordinasiya və həmrəylik göstərmişik”, – o vurğulayıb.

Polşa qazın kəsildiyini təsdiqləyib. Bolqarıstanın Baş naziri Kiril Petkov Rusiyanın addımını mövcud kontraktın ciddi pozuntusu adlandırıb, “birtərəfli şantajın qəbul edilmədiyini” deyib.

Bolqarıstanın Enerji naziri Aleksandr Nikolov aprelin 27-də deyib ki, alternativ yollar axtarıldığı müddətdə ölkə istifadəçilərin ehtiyaclarını qarşılaya bilər.

***

Ukrayna hava məkanının əsas hissəsinə nəzarəti bərpa edib, çünki Rusiya ölkənin havadan müdafiə sistemlərini sıradan çıxara bilməyib. Məlumatı Britaniya kəşfiyyatı aprelin 27-də yayıb.

“Rusiyanın Ukraynanın şimalına və qərbinə çıxışı məhduddur... Hazırda Rusiyanın havadan fəaliyyəti əsasən Ukraynanın cənubuna və şərqinə yönəlib, Rusiyanın quru qüvvələrinə dəstək verir”, – Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində qeyd edib.

Moskvanın Ukraynada hərbi obyektləri və logistika infrastrukturunu da hədədə aldığı vurğulanır.

Məlumatda o da qeyd olunur ki, dinc sakinlər arasında ölüm riski böyükdür, Rusiya Ukraynanın mühasirədə olan Mariupol şəhərinə əsasən sərbəst düşən bombalar atır.

“Bu silahlar Rusiyanın hədəfi fərqləndirmək qabiliyyətini azaldır, dinc sakinlər arasında ölüm riskini yüksəldir”, – nazirlik vurğulayır.

Gazprom-un bəyanatı

Gazprom şirkəti isə aprelin 27-də Bolqarıstan və Polşaya qaz təchizatını tamamilə dayandırdığını açıqlayıb. Səbəb bu ölkələrin qaz üçün rublla ödəniş etməməsidir.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan bəri Polşa və Bolqarıstan Avropa İttifaqı ərazisində qazı kəsilən ilk ölkələrdir.

Hər iki ölkə aprelin 26-da bildirib ki, Gazprom bu gündən onları təbii qaz təchizatını dayandıracağı haqda bilgiləndirib.

Aİ Rusiyanın Ukraynaya səbəbsiz təcavüzünü pisləyib. Prezident Vladimir Putin ötən ay deyirdi ki, “qeyri-dost” xarici alıcılar qaz üçün dollar və avroyla deyil, rublla ödəniş etməli olacaqlar.

Aİ-nin bir çox üzvləri Putinin bəyanatını rədd edib, valyutanı dəyişməyi kontraktı pozmaq kimi dəyərləndirib.

Real vəziyyət necədir

Aprelin 27-də səhər, Gazprom-un açıqlamasından öncə Polşaya qaz təchizatı sıfıra düşüb, sonradan yenidən qalxıb.

Bolqarıstanın “Bulgartransgaz” operatoru isə aprelin 27-də bildirib ki, daha öncəki təhdidlərə baxmayaraq, Rusiyadan qaz təchizatı davam edir.

Aİ-nin digər üzvü Macarıstanın aprelin 27-də bildirdiyinə görə, Serbiya və Bolqarıstan ərazisindən Rusiya qazını almaqdadır.

Macarıstanın Baş naziri Viktor Orban Putinin dostudur və Rusiya qazını rublla almağa razılıq verən azsaylı ölkələrdəndir.

Avstriya da aprelin 27-də Rusiyadan qaz təchizatının məhdudlaşmadığını bildirib.

XS
SM
MD
LG