Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

Ukrayna dəniz platformalarına raket zərbələri endirib


Rusiyanın qəsb etdiyi dəniz platforması
Rusiyanın qəsb etdiyi dəniz platforması

Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı Bryansk regionuna S-300V4 zenit-raket diviziyası yerləşdirdiyi bildirilir

Ukrayna silahlı qüvvələri Qara dənizdə “Çernomorneftqaz” şirkətinin qazma buruqlarına raket zərbələri endiriblər.

Bu barədə məlumatı Ukrayna parlamentinin “Avropa həmrəyliyi” partiyasından deputat Aleksey Qonçarenko və ilhaq olunmuş Krımın icra başçısı Sergey Aksyonov veriblər.

Xəbər verilir 2014-cü ildə Rusiya Krımı qanunsuz ilhaq edəndə Çernomorneftqaz şirkətinin mülkiyyətini, donanmasını və qazma platformalarını da qəsb edib.

Raket zərbələrinə məruz qalmış qazma platformaları Odessadan 100, Krımdan 150 kilometer aralıdadır.

Rusiya bu buruqlardan habelə dəniz səthinin radiotexniki kəşfiyyatı üçün istifadıə edir.

Ukrayana deputatı bu barədə məsxərə ilə yazıb ki, “bizim reaketçilər İlan adasının yox, “Boyko buruqlarının” yaxınlığında siqaret çəkiblər.

Ukrayna bundan əvvəl Rusiyanın Qara dəniz flaqmanı – Moskva kreyserini raket zərbələri ilə batıranda Kreml bunu dərhal etiraf etməmişdi.

Rəsmilər bildirirdilər ki, partlayış gəmidə yanğın təhlükəsizliyinin pozulması nəticəsində baş verib.

“Raketçilərimiz siqaret çəkiblər” deyəndə, görünür Qonçarenko Moskvaya sataşmaq istəyib.

Gəncəyə atılan raketin əks-sədası: 'O puldan bizə vermirlər'
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

İlhaq olunmuş Krımın qəsb edilmiş qazı

İlhaq olunmuş Krımın icra başçısı Aksyonovsa deyib ki, raket zərbələri endiriləndə 3 buruqda 109 nəfər vardı.

Onun sözlərinə görə ən güclü zərbə birinci buruğa dəyib.

Orada 12 nəfərin olduğu, beş nəfərin yaralandığı və qalanların axtarıldığı xəbər verilir.

Başçı əlavə edib ki, Krıma qaz verilişi dayanmayıb.

Krımın millət vəkillərindən Olqa Koviditi deyib ki, raket zərbəsi endirilən buruqda qaz hasilatı dayandırılıb.

Onun sözlərinə görə zərbələr BK1, BK2, BK3 buruqlarına endirilib. Hazırda yalnız BK1 buruğunun bərpasına ehtiyac var.

Çernomorneftqaz şirkəti Ukrayna ərazisində yenidən yaradılıb.

Bununla belə Rusiya işğal etdiyi Krımda qaz hasilatını davam etdirir və son beş ildə burada 9.2 milyard kubmetr qaz hasil olunub.

Reuters xəbər verir ki, iyunun 20-də Rusiya qüvvələri də blokadada olan dəniz portu Odessanı raket atəşinə tutublar. Zərbələr nəticəsində ərzaq anbarı dağılıb, tələfat yoxdur.

Ukrayna tərəfi bildirir ki, Rusiya qüvvələri 3-4 saat ərzində Odessaya 14 raket atıb.

Zelenski: Ukrayna Rusiyanın eskalasiyasına ‘hazırdır’

Prezident Volodimir Zelenski Ukraynanın şərqində Rusiyanın hücumlarının intensivləşəcəyini proqnozlaşdırır. Bu həftə Aİ liderlərinin Kiyevin bloka qoşulmasını sürətləndirməsi yönündə qərarı gözlənir.

İyunun 19-da gecə videoçıxışında Zelenski deyib ki, “aydındır ki, bu həftə Rusiyanın düşmən hərəkətlərinin intensivləşməsini gözləməliyik”.

“Biz hazırlaşırıq. Biz hazırıq”, – Zelenski ölkəsinin müdafiə qüvvələri haqda deyib.

Bu həftə qərar gözlənir

Rusiya fevralın 24-də işğala başlayandan bir neçə gün sonra Ukrayna Aİ üzvlüyü üçün müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da oxşar addım atıb. Avropa Komissiyası ötən həftə Ukrayna və Moldova üçün namizəd statusunu tövsiyə edib. Qurum bildirib ki, Gürcüstan namizəd olmaqdan ötrü müəyyən hədəfləri əldə etməlidir.

Aİ-nin 27 üzvünün liderləri iyunun 23-24-də sammit zamanı bu üç ölkənin müraciətinə baxacağı, Ukraynanın müraciətini dəstəkləyəcəyi gözlənir.

İstənilən üzvlük prosesi bir neçə ilə tamamlanır.

Raket və artilleriya atəşi

İyunun 20-də səhər tezdən Rusiya qüvvələri Severodonetsk yaxınlığında bir neçə şəhəri raket və artilleriya atəşinə tutublar. Su-25 təyyarələrinin Liman istiqamətində, Şevçenko və Vuqledar şəhərlərinə zərbələr endirdiyi bildirilir. Məlumatı Ukrayna Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya tərəf Ukrayna sərhədi yaxınlığındakı Bryansk regionuna S-300V4 zenit-raket diviziyası yerləşdirib.

Ukrayna ordusu Severodonetsk şəhərinə tam nəzarətin bərqərar olması uğrunda döyüşlərin davam etdiyini bildirir.

Məlumatda deyilir ki, Rusiya əsgərləri Ukrayna bölmələrinin bir neçə yerdə, o cümlədən Liman, Avdiivka və Zaporojyedə yenidən qruplaşmasına mane olmağa çalışır.

Müharibə “illərlə” çəkə bilər

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı keçmiş sovet qonşusunun Qərbə inteqrasiyasını önləmək üçün işğal edib. Amma əməliyyatlar Kremlin planlaşdırdığından daha ləng gedib.

Putin iyunun 17-də deyib ki, Ukraynanın Aİ üzvlüyünə “qarşı deyil”. Ancaq Kremlin sözçüsü bildirmişdi ki, Moskva Aİ üzvləri arasında müdafiə sahəsində əməkdaşlıq fonunda bu prosesi diqqətlə izləyir.

NATO-nun Baş katibi Yens Stoltenberq isə həftəsonu bildirib ki, Ukrayna müharibəsi “illərlə” davam edə bilər və hətta “bədəlin böyük olmasına” baxmayaraq, alyans Kiyevə hərbi dəstək verməlidir.

“Müharibənin illərlə çəkməsinə hazırlaşmalıyıq. Ukraynaya dəstəyi dayandırmamalıyıq. Xərclərin böyük olmasına, təkcə hərbi dəstək deyil, enerji və ərzağın bahalanmasına baxmayaraq”, – Stoltenberq Almaniyanın “Bild am Sonntag” qəzetinin iyunun 19-da dərc etdiyi müsahibədə deyir.

XS
SM
MD
LG