Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:17

Gazprom işçilərindən müharibə üçün pul yığır


AzadlıqRadiosu Gazpromun Saxa (Yakutiya) filialının mühafizə işçilərinin WhatsApp mesencerində dərc olunmuş elanın skrinşotunu əldə edib.

Bu elanda şirkət əməkdaşlarının “xüsusi əməliyyat” zamanı yaralanmış Rusiya əsgərlərinin müalicəsi üçün hər birindən 1000 rubl köçürməsini istəyir.

Elanda yerli xəstəxana və hospitallarda “dava-dərmanın fəlakətli şəkildə çatışmadığı” bildirilir:

"Əziz həmkarlar xüsusi əməliyyatın keçirilməsi zamanı Uzaq Şərq hərbi dairəsindən olan çox sayda hərbi qulluqçu müxtəlif dərəcəli yara və xəsarət alıb. Gazprom-un Xabarovskda yerləşən regionlararası idarəsi xəstəxana və hospitallarda fəlakətli şəkildə çatışmayan dava-dərman almaq vəzifəsini üzərinə götürüb. Burada göstərilmiş telefon nömrəsinə 1000 rubldan az olmayaraq pul köçürülməsi rica olunur. Vəsaitin köçürülməsindən sonra votsap vasitəsi ilə son dörd rəqəmi və soyadınızı göndərməyiniz vacibdir”.

Employees of Russian company Gazprom are being forced to pay 1000 rubles each for medications for Russian soldiers wounded in Ukraine
Employees of Russian company Gazprom are being forced to pay 1000 rubles each for medications for Russian soldiers wounded in Ukraine

AzadlıqRadiosuna bu skrinşotu göndərmiş mənbə qeyd edir ki, bu çatda mühafizə dəstəsinin 100-dək əməkdaşı var.

Mənbənin sözlərinə görə bu cür çatlar başqa dəstələrdə də var:

“Əvvəllər vəsait toplanması könüllü, amma daimi əsasda idi. İndi isə bu tədbir məcburi-könüllü olub”.

Gazprom şirkətinin Uzaq Şərq regionlararası idarəsində AzadlıqRadiosunun zənglərinə cavab verməyiblər.

Lakin bu idarənin Telegram kanallarında dərc edilmiş məlumatlardan aydın olur ki, bu sayaq aksiyalarla mart və aprel aylarında yarım milyon rubl vəsait toplanıb.

Rusiyanın itkiləri

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkiləri barədə son məlumatını martın 25-də verib. O vaxt bildirilirdi ki, Rusiya Ukraynada 5 min əsgərini itirib. Bu rəqəmin 1351-i ölü, 4000-ə qədəri yaralı sayı idi.

Sentyabrın 5-də Britaniyanın müdafiə naziri Ben Uolles demişdi ki, onun idarəsinin məlumatına görə Rusiyanın Ukraynadakı itkiləri 25 mini keçib.

Onun sözlərinə görə yaralı və əsir düşənləri də əlavə etməklə bu itkilər 80 min nəfər təşkil edir.

Gazprom avqustun 31-dən Avropa İttifaqına Şimal Axını 1 kəməri ilə qazın nəqlini dayandırıb.

Rusiya bunu kəmərdə cari təmirlə izah etmiş və bildirmişdi ki, qazın nəqli sentyabrın 3-də bərpa olunacaq. Lakin bu, baş verməyib.

XS
SM
MD
LG