Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:29

Peskovun oğlu orduya könüllü getməklə bağlı deyir ki...


Dmitri Peskov
Dmitri Peskov

Peskovun zəngindən belə anlaşılır ki, o, Kremldəki əlaqələrini işə salacaq, səfərbərlik əmrinə əməl etməyəcək

Kremlin aparıcı rəsmisinin oğlu Prezident Vladimir Putinin sentyabrın 21-də elan etdiyi səfərbərlikdən yayına biləcəyini söyləyib. Bu haqda Britaniyanın “Daily Mail” qəzeti yazır. O, guya komissarlıqdan gələn saxta zəngə cavabında belə deyib.

Putinin sözçüsü Dmitri Peskovun oğlu 32 yaşlı Nikolay Peskova özünü hərbi komissarlıq əməkdaşı kimi təqdim edən şəxs zəng edib. Əslində isə zəng müxalifət lideri Aleksey Navalnıya bağlı “Populyar Siyasət” onlayn telekanalından olunub.

Putin 300 min əsgər toplayır
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

“Mən cənab Peskovam”

Peskovun zəngindən belə anlaşılır ki, o, Kremldəki əlaqələrini işə salacaq, səfərbərlik əmrinə əməl etməyəcək.

Qəzet yazır ki, bu, Rusiya siyasi elitasının oğullarının ön cəbhəyə getməyəcəyinə dəlildir. Yüzminlərlə sıravi rusiyalı isə belə bir imtiyazdan məhrumdur.

Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu 300 min nəfərin orduya cəlb olunacağı deyib.

Aparıcı, 35 yaşlı Dmitri Nizovtsev Peskovun oğluna özünü Moskva çağırış idarəsindən mayor Anton Matrınov kimi təqdim edir. Ona elektron formada çağırış göndərildiyini, amma cavab vermədiyini deyir, ertəsi gün səhər 10-da idarədə olmasını tapşırır.

“Təbii ki, mən səhər 10-da orada olmayacağam. Anlamalısız ki, mən cənab Peskovam. Mənim çağırış idarəsinə getməyim düz olmazdı”, – deyən Nikolay məsələni “başqa səviyyədə” aydınlaşdıracağını sözlərinə əlavə edib.

“Siyasi nüanslar”

Aparıcı “başqa səviyyə”nin nə olduğunu soruşanda Peskov deyib ki, orduya çağırılması haqda məsləhət alacaq. O söyləyib ki, orduya çağırılması ərafında “siyasi nüanslar” var, amma atasının Putinin mətbuat katibi, Kreml administrasiyasının başçı müavini olduğunu izah etmir.

Rusiya nüvə raket qüvvələrində xidmət etmiş Nikolay nəzəri baxımdan səfərbərliyə əsas namizəd olmalıdır.

“Vətəni müdafiə etməliyəmsə problem deyil... Siyasi nüanslardan danışıram”, – o vurğulayıb.

Ancaq Nikolay onu da deyib ki, əgər Putin ona getmək əmri versə, buna əməl edəcək.

Dmitri Peskov isə bu söhbətin tam mətninin dərc olunmasını tələb edib. O, oğlunun təmizə çıxacağına inandığını söyləyib.

Putinin səfərbərlik elanından sonra internetdə buna qarşı petisiya peyda olub və onu bir neçə saat ərzində 200 min nəfər imzalayıb. Ölkə boyunca müharibəyə qarşı etirazlarda isə 1300-dən çox etirazçı saxlanıb. OVD-Info 38 şəhərdə etirazların keçirildiyini bildirir.

XS
SM
MD
LG