Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:30

Prezident: İran ölkənin təhlükəsizliyinə qarşı çıxanlarla qətiyyətlə davranmalıdır


Türkiyədə Məhsa Əmininin ölümünə etiraz aksiyası
Türkiyədə Məhsa Əmininin ölümünə etiraz aksiyası

Dövlət mediası İrandakı genişmiqyaslı etirazlarda ən azı 35 nəfərin öldüyünü bildirir

Prezident İbrahim Rəisi sentyabrın 24-də deyib ki, İran “ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı çıxanlarla qəti şəkildə məşğul olmalıdır”.

Dövlət mediası həmçinin İrandakı etirazlarda ölənlərin sayını da açıqlayıb. İranın idman nazirliyinə bağlı "Borna" xəbər agentliyi sentyabrın 23-də dövlət televiziyasına istinadən xəbər verib ki, “ölkədə son iğtişaşlar zamanı ölənlərin sayı 35 nəfərə çatıb”.

Rəsmi məlumatlara görə, daha əvvəl ölənlərin sayı 5-i təhlükəsizlik qüvvələrinin üzvü olmaqla 17 nəfər idi.

İranın daxili işlər naziri Əmininin döyülmədiyini bildirir

Sentyabrın 24-də çıxış edən İranın daxili işlər naziri Əhməd Vahidi Əmininin döyülmədiyini israr edib.

“Nəzarət orqanlarından hesabatlar alınıb, şahidlər dindirilib, videogörüntülərə baxılıb, məhkəmə-tibbi ekspertiza rəyləri alınıb və məlum olub ki, döyülmə olmayıb.

Nazir ölüm hadisəsinin araşdırdığını deyib və əlavə edib: "Biz tibbi ekspertizanın yekun rəyini gözləməliyik, bu da vaxt tələb edir".

"Tasnim" xəbər agentliyinin məlumatına görə, Quilan əyalətinin polis rəisi sentyabrın 24-də təkcə öz bölgəsində “60-ı qadın olmaqla 739 iğtişaşçının həbs edildiyini” bildirib.

Rəisi Nyu Yorkda Məhsa Əminidən danışıb

İran prezidenti İbrahim Rəisi deyib ki, gənc qadın Məhsa Əmininin onun ölkəsində geniş etirazlara səbəb olmuş ölümü tez bir zamanda araşdırılmalıdır.

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası əsnasında keçirilən mətbuat konfransında Rəisi həm də Qərbi insan haqları məsələsində “ikili standartlarda” ittiham edib.

O deyib ki, Qərb ölkələrində də adamların polis məntəqələrində ölməsi halları olur:

“Mən elə ilk imkanda onun ailəsi ilə əlaqə saxlamışam və onları əmin etmişəm ki, biz bu insidenti tez bir zamanda araşdıracağıq...Bizim ümdə vəzifəmiz hər bir vətəndaşın hüquqlarının müdafiəsidir”.

The Guardian qəzetinin yazdığına görə, Əmininin dayısı oğlu Erfan Mürtəzayi IranWire xəbər saytına deyib ki, ailəyə hadisələrin rəsmi versiyasını dəstəkləməsi üçün təzyiq göstərilir.

Ailədən tələb olunur ki, onlar Məhsanın polisdə aldığı xəsarətlər nəticəsində yox, vaxtilə aldığı beyin zədəsindən öldüyünü desinlər.

Polis maşını yandırıldı: İranda etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Ziddiyyətli rəqəmlər

Bu arada İran insan haqları mərkəzi bildirir ki, ölkədə genişmiqyaslı etirazlarda ən azı 36 nəfər ölüb.

Hakimiyyət orqanları isə 17 nəfərin həlak olduğunu bildirir.

Son bir həftə ərzində minlərlə iranlı hicab qaydasını pozduğuna görə polis tərəfindən saxlanmış və polis məntəqəsində ölmüş 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə çıxıb.

Bu etirazların ilk günlərindən qadınlar kütləvi olaraq hicablarını açır, onları yandırır və saçlarını kəsirlər.

Bunun ardınca isə küçərlərdə ali rəhbər ayətüllah Əli Xameneyiyə ünvanlanmış “Diktatora ölüm” şüarları səslənib.

Amnesty International bildirir ki, İran təhlükəsizlik qüvvələri nümayişlərin dağıdılması üçün gözyaşardıcı qazdan və suatanlardan, habelə rezin güllələrdən istifadə edir, etirazçılar dəyənəklərlə döyülür.

Təşkilat BMT-ni İran təhlükəsizlik qüvvələrinin qanunazidd hərəkətinin araşdırılmasına çağırıb.

XS
SM
MD
LG