Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Rusiya poliqonunda atışmanın dini zəmində baş verdiyi deyilir


Ehson Aminzoda
Ehson Aminzoda

Tacikistandan 24 yaşlı Ehson Aminzodanın qohumları bildiriblər ki, Rusiya hakimiyyət orqanları Belqorod vilayətində hərbçilərə hücum edənlərdən biri kimi onu tanıyıb.

Bu barədə xəbəri AzadlıqRadiosunun Tacik xidməti verib.

Qohumlarının sözlərinə görə Aminzoda oktyabrın 10-da Moskvadakı Lyublino metro stansiyasının yanında yoxa çıxmışdı.

Qohumları onun Belqorod poliqonunda ölməsi barədə xəbəri Rusiya hökumətindən öyrəniblər.

İtkinin böyük qardaşı Firuz Aminzoda deyib ki, Ehson Rusiyaya bu ilin martında getmişdi və restoranda işləyirdi.

Moskvada yaşayan və işləyən Firuz bunu da deyib ki, qardaşının Rusiya vətəndaşlığı olmasa da, işləmək icazəsi olub:

"Məni indi Moskva hərbi prokurorluğuna çağırıblar. Baş verənlər barədə mənə dünən məlumat verilib. Onun Belqoroda necə gedib çıxması məlum deyil. Qardaşım terrorçu deyildi, onun başında belə fikirlər yox idi. O öz həyatını qurmaq istəyən adi miqrant idi”.

Dağıstanlı, azərbaycanlı və adıgey

Firuzun dediyinə görə ötən bazar günü, oktyabrın 10-da qardaşı ona zəng edib və deyib ki, dostları ilə görüşməyə hazırlaşır.

Bundan sonra onun telefonu söndürülüb. Ehsonun adının çəkilməsini istəməyən bir dostu AzadlıqRadiosuna deyib ki, o müharibəyə getməyi planlaşdıtrmırdı. O pul qazanmaq və mümkün qədər tez Tacikistana qayıtmaq, sevidiyi qızla evlənmək isyətəyirdi:

"Biz hamımız şokdayıq. O elə həmin axşam demişdi ki, Lyublino metrosunun yanında hansısa tanış oğlanlara rast gəlib və evə gec qayıdacaq. Amma o bundan sonra yoxa çıxıb. Biz hamımız onu axtardıq və belə nəticəyə gəldik ki, o Taciksitana tanışlarının yanına qayıdıb”.

15-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00

Ehsonun atası Taciddin Aminzoda Tacikistanın Xatlon rayonunun administrasiyasında işləyir.

O oğlunun ölüm xəbərini aldığını təsdiqləyib, amma deyib ki, özünü yaxşı hiss etmədiyindən danışmaq istəmir.

Ehson Aminzoda Xatlon vilayəti, Kuşan rayonunun Zərgər kəndində doğulub.

Belqorod vilayətindəki Soloti poliqonunda atışma nəticəsində həlak olanların siyahısını Astra teleqram-kanalı dərc edib:

Bundan əvvəl ASTRA kanalı özünü hadisənin şahidi kimi təqdim edən hərbçiyə istinadən yazıb ki, atışma dini zəmində mübahisəyə görə düşə bilərdi.

Teleqram kanalın mənbəyi bildirib ki, münaqişə üç əsgər – dağıstanlı, azərbaycanlı və adıgey müharibədə iştirak etmək istəmədiklərini və bu barədə raport yazmaq istədəkilərini deyəndəın sonra başlanıb.

Əsgərlər deyirdilər ki, “bu onların müharibəsi deyil”.

Bundan xəbər tutan komandirlərdən biri (kanal onu podpolkovnik Andrey Lapin kimi təqdim edir) “hamını” toplayıb və bəyan edib ki, “bu müqəddəs müharibədir”.

Məktəblərdə qanunsuz pul yığımını necə önləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Podpolkovnik Allahı “əfəl” və ya “qorxaq” adlandırıb

Əhvalatı danışanların dediklərinə görə tacik əsilli hərbçilər deyiblər ki, müqəddəs müharibə müsəlmanların kafirlərə qarşı cihadına deyirlər.

Onda podpolkovnik Allahı “əfəl” və ya “qorxaq” adlandırıb.

Onun bu sözləri əsgərləri şoka salıb.

Astra teleqram kanalında yazıldığına görə bundan sonra Tacikistandan olan üç əsgər qarşıya çıxıb və müsəlmanlara bir tərəfə çəkilmələrini əmr edib. Onlar bundan sonra podpolkovnik Lapini və daha 29 nəfəri güllələyiblər.

Deyilənə görə Semyonov soyadlı bir praporşik hücum edən taciklərdən ikisini öldürüb və birini yaralayıb. Yaralının qaçıb aradan çıxdığı deyilir.

Rusiya Müdafiə Nazirliyi oktyabrın 15-də Belqoroddakı poliqonda terror aktının baş verrdiyini bildirib. Orada Ukrayna müharibəsinə göndəriləcək könüllülər təlim keçirdilər:

"Atışma nəticəsində 11 nəfər ölümcül yaralanıb və daha 15 nəfər müxtəlif dərəcəli yaralarla tibb müəssisəinə gətirilib. Onlara lazımi tibbi xidmət göstərilir”.

Nazirlik bildirib ki, könüllülərə atəş açanlardan hər ikisi cavab atəşi ilə öldürülüb.

Soloti kəndi Valuyki şəhərinin bir neçə kilometrliyində yerləşən kiçik bir yaşayış məntəqəsidir.

Burda 2017-ci ildə 752-ci motoatıcı alayının 3 motoatıcı diviziyası üçün poliqon tikilib.

XS
SM
MD
LG