Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:13

ABŞ Rusiyanın peykləri vurmaq hədəsinə cavab verdi


Con Körbi
Con Körbi

ABŞ Amerika infrastrukturna, o cümlədən kommersiya peyklərinə istənilən zərbəyə cavab verəcək.

Bunu oktyabrın 27-də keçirdiyi brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi deyib.

O cavabın nədən ibarət ola biləcəyini xırdalamayıb. Körbi əlavə edib ki, açıq informasiyalara görə Rusiya antipeyk sistemləri əldə etməyə çalışır.

O habelə deyib ki, prezident Co Bayen noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində deyil.

ABŞ prezidenti Putinlə görüşmək istəmədiyini dəfələrlə dilə gətirib.

Putin də G20 sammitində iştirak edəcəyini rəsmən təsdiqləməyib.

O oktyabrın 27-də “bəlkə də getdim” deyib.

Rusiya Qərb peyklərinin ‘legitim’ hədəflər ola biləcəyini deyir

Qərbin kommersiya peykləri Ukrayna müharibəsinə qarışarsa, Rusiya üçün legitim hədəflərə çevrilə bilər. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin aparıcı rəsmisi xəbərdarlıq edib.

Nazirliyin silahlara nəzarət və yayılmaması departamentinin direktor müavini Konstantin Vorontsov oktyabrın 26-da BMT-də deyib ki, Ukraynadakı müharibəyə yardım üçün Qərb peyklərindən istifadə “aşırı təhlükəli tendensiyadır”.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

“Provokativ” istifadə

“Kvazi-mülki infrastruktur cavab zərbəsi üçün legitim hədəf ola bilər”, – Vorontsov BMT-nin Birinci Komitəsində deyib. Onun sözlərinə görə, Qərbin Ukraynadakı müharibəyə dəstək üçün belə peyklərdən istifadəsi “provokativdir”.

“Mülki kosmik infrastrukturun, o cümlədən kommersiya infrastrukturunun komponentlərinin ABŞ və silahlı münaqişələrdəki müttəfiqləri tərəfindən istifadəsindən danışırıq”, – deyən Vorontsov konkret peyk şirkətlərinin adını çəkməyib.

Milyarder İlon Mask bu ayın əvvəlində deyirdi ki, SpaceX raket şirkəti Ukraynadakı Starlink internet xidmətini maliyyələşdirməkdə davam edəcək, bunu “xeyir işlərə” ehtiyacla izah edib.

Mask Yerin orbitində 2 mindən çox peyki və yerdə minlərlə terminalı olan Starlink şəbəkəsini Ukraynada fevralın sonunda işə salıb. Bunadək Rusiyanın Ukraynaya hücumu İnternet xidmətlərini sıradan çıxarmışdı.

BMT-nin Birinci Komitəsi Baş Assambleyanın altı əsas komitəsindən biridir, tərksilah, beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olur. Komitə hər il oktyabrda 4-5 həftəlik iclas keçirir.

Rusiya ABŞ və Çin kimi fəzada ciddi hücum qabiliyyətinə malikdir.

Ötən il Rusiya köhnə peyklərindən birini dağıtmaq üçün kosmosa antipeyk raketi buraxıb.

XS
SM
MD
LG