Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:03

Mask Twitter-in başına keçir


İllüstrativ foto
İllüstrativ foto

Amerikalı milyarder İlon Mask Twitter-in alışı üzrə 44 milyard dollarlıq sazişi tamamlayaraq rəsmən bu şirkətin başına keçib. Xəbəri CNBC yayıb.

Şirkətin keçmiş Baş direktoru Paraq Aqraval və onun maliyyə direktoru Ned Siqal işdən çıxarılıb və Twitter-in San-Fransiskodakı baş qərargahını tərk ediblər.

İxtisar planları olmadığını deyib

Mask özü sosial şəbəkənin alınması üzrə sazişin bağlanmasını “The bird is freed” (“Quş azadlıqdadır”) tviti ilə şərh edib.

Bundan öncə Mask Twitter-ə reklam verənlərə müraciət edib, bu sosial şəbəkəni alması qərarının səbəblərini izah edib.

Onun sözlərinə görə, bu qərarı “rahat olduğu”, yaxud “daha çox pul qazanmaq istədiyi” üçün verməyib. “Bunu ona görə elədim ki, sevdiyim bəşəriyyətə kömək edim”, – Mask yazıb.

Milyarder Twitter-dəki profilinə “Chief Twit” sözlərini əlavə edib, özünün olduğu yer kimi şirkətin San-Fransiskodakı baş qərargahını göstərib. “Bloomberg” yazır ki, Mask Twitter-in əməkdaşlarına ştatı dörddə birə salmaq planı olmadığını deyib. Bu planlar haqda “The Washington Post” yazmışdı.

Apreldən başlanan proses

Mask Twitter-i 44 milyard dollara almaq niyyətini apreldə açıqlayıb. Bir müddət sonra isə biznesmen demişdi ki, saxta hesabların hesablanmasıyla bağlı qeyri-müəyyənlik səbəbindən sövdələşmini dayandırır.

İyulun əvvəlində Mask şirkəti almaqdan imtina etdiyini açıqladı, bunu istədiyi məlumatların ona verilməməsilə izah elədi. Twitter isə imtinanı əsassız sayaraq məhkəmədən tələb elədi ki, Maskın üzərinə prosesi tamamlamaq öhdəliyi qoysun. Biznesmen buna cavab iddiası qaldırdı.

Oktyabrda isə Mask sosial şəbəkənin alışını tamamlamaq qərarına gəldi. Məhkəmə ona oktyabrın 28-dək vaxt vermişdi.

XS
SM
MD
LG