Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:23

Rusiya səfiri: Qarabağ məsələsini gələcək nəsillərə saxlamaq lazımdır


Moskvanın qənaətinə görə, Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Soçidə keçirilən üçtərəfli görüşdən sonra deyib.

Azatutyun yazır ki, üçtərəfli görüşün nəticəsi olaraq verilmiş üçtərəfli bəyanatda da Qarabağın adı çəkilmir və “Qarabağ” sözü hətta Rusiya sülhməramlılarına aid bənddə də işlədilməyib.

Amma bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin bir qədər yayğın şəkildə Qarabağ məsələsinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə salına biləcəyinə işarə etmişdi.

Ermənistanda itkin düşmüş 29 əsgərin yaxınları cavab gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

“Status elə bir məsələdir ki...”

Kopırkin deyib ki, Azərbaycan və Ermənsitan arasında müqavilə tənzimləmənin nəticəsi olmalıdır.

Səfirin sözlərinə görə, sülh müqaviləsinə hansı bəndlərin daxil edilməsinə dair hələlik yekdil fikir yoxdur:

“Bizim nəzərimizcə, Dağlıq Qarabağın statusu elə bir məsələdir ki, onu gələcək nəsillərə, bu məsələnin hamıya məqbul ədalətli həlli üçün şərait formalaşan vaxta saxlamaq lazımdır”.

“Doğrudanmı Əliyevi bəyanatda Qarabağın statusu məsələsinin olmasına inandırmaq olmazdı” sualına cavab olaraq səfir deyib ki, onda heç bir əlavə məlumat yoxdur və o yalnız ehtimal edə bilər.

Əliyevin rədd etdiyi 15-ci bənd

Azatutyunun yazdığına görə keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasından müxalif deputat Artur Xaçatryan deyib ki, Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququna malik olmasını təsbit etməyən istənilən sənəd iflasa məhkumdur.

İqtidaryönlü deputat Sergey Baqratyan isə bildirib ki, Azərbaycan prezidenti Rusiya təklifinin 15-ci bəndini qəbul etməyib.

Bu bənddə Qarabağ məsələsinin qeyri-müəyyən vaxta saxlanması qeyd olunurdu.

Deputatın sözlərinə görə Rusiyanın təklif etdiyi bəynat mətninin qalan 14 bəndi heç bir mübahisə doğurmayıb.

Bununla belə o, Soçi bəyanatını mühüm hesab edir:

“İmzalanmadan sonra Azərbaycan Ermənistanın 1991-ci ilə olan dövlət sərhədlərini tanıyıb. Şərq sərhədinin Sev Liçdən (Qara göl) keçən hissəsi və ya İşxanasarın (Qızılcıq-red) hansı hissəsinin Azərbaycanın olduğu və sair bu kimi məsələlər bu razılaşma ilə tənzimlənib. Bu, çox mühüm bənd idi”.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bu il sentyabrın ortalarında iki ölkə sərhədində yenidən vəziyyət gərginləşib, ağır silahlar işə düşüb.

Nəticədə hər iki tərəfdən ümumilikdə 300-dən çox hərbi qulluqçu həlak olub. Lakin bir neçə günə tərəflər arasında yenidən atəşkəs bərpa edilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG