Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Rusiyada evlərini satanların sayı rekord həddə çatıb


Məlumatda deyilir ki, evlərini təcili satmağa və qiymətdə güzəştə getməyə hazır olanların sayı martın əvvəllərindən bəri 85 faiz artıb

Rusiya daşınmaz əmlak bazarında mənzillərin təcili satışı elanlarının sayı rekord həddə artıb.

Bu barədə məlumatı ЦИАН – daşınmz əmlakın məlumat bazasına istinadən Forbes jurnalı verib.

Məlumatda deyilir ki, evlərini təcili satmağa və qiymətdə güzəştə getməyə hazır olanların sayı martın əvvəllərindən bəri 85 faiz artıb.

Xəbər verilir ki, ev satışında ilk əhəmiyyətli artım mart ayında baş verib. 18 sentyabrdan başlanan ikinci dalğa isə hələ də davam edir.

ЦИАН bazasının məlumatına görə təcili ev satışı elanlarının sayı 12.5 minə çatıb.

Moskva və Peterburq

Belə elanlar ən çox Krasnodar, Moskva vilayəti, Moskva və Sankt Peterburq şəhərlərində verilib.

Evlərini mümkün qədər tez satmağa çalışanlar qiyməti bazar qiymətlərindən də aşağı salmağa hazırdırlar.

Xəbər verilir ki, ölkə üzrə güzəştli qiymətlər 5.1 faiz təşkil edir.

Ən güzəştli qiymətlər Maxaçqalada (13 faiz) və Vladivostokda (10 faiz) təklif olunur.

Moskvalıların getdiyi maksimal güzəşt qiymətin 3.2 faizi qədərdir.

İki dalğa, iki motiv

"Циан.Аналитики" saytının başçısı Aleksey Popov daşınmaz əmlak bazarındakı ajiotajı həm də miqrasiya prosesləri ilə əlaqələndirir.

Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk etmək istəyənlərin sayı kəskin artıb.

Bunların bir qismi ölkəni antimüharibə mövqeyinə görə tərk etmək istəsə də, digərləri fərqli düşünənlərə qarşı repressiyaların güclənməsinə görə Rusiyadan getmək istəyir.

Rusiyalıların ölkədən kütləvi çıxışı iki dalğa ilə baş verib.

'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Birinci dalğa Rusiyanın Ukraynaya hücumundan – fevralın 24-dən sonra başlanmışdı.

İkinci dalğaya isə Vladimir Putinin sentyabrın 18-də imzaladığı qismən səfərbərlik fərmanı təkan verib.

Ölkədən miqrasiyanın miqyası barədə dəqiq məlumatlar olmasa da, Rusiyanı birinci dalğada 300 min, ikinci dalğada isə 1 milyonadək rusilyalının tərk etdiyi təxmin edilir.

XS
SM
MD
LG