Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:22

İranda mağaza sahibləri tətilə başlayıblar


Etirazçı İran bayrağının üstündə "Həyat, azadlıq" sözlərini yazır
Etirazçı İran bayrağının üstündə "Həyat, azadlıq" sözlərini yazır

İranın bir neçə şəhərində mağaza sahibləri ölkənin cənubundakı Zahedanda etiraz zamanı qətliyam edilən 100-dək insanın 40-ı münasibətilə tətilə başlayıblar

İranın bir neçə şəhərində mağaza sahibləri ölkənin cənubundakı Zahedanda etiraz zamanı qətliyam edilən 100-dək insanın 40-ı münasibətilə tətilə başlayıblar.

“Qanlı cümə” adlandırılan həmin gün yüzlərlə etirazçı yaralanmışdı.

Onlar 22 yaşlı Məhsa Əmininin polisdə ölməsinə və iddia olunduğuna görə 15 yaşlı qızın yerli polis rəisi tərəfindən zorlanmasına etiraz edirdilər.

Sosial mediada yayılan videolarda noyabrın 9-da İranın Kürdüstan vilayətindəki Sənandaj, Bane və Saqqız şəhərlərində bağlı mağazalar görünür.

Bəzi videolarda isə küçələrə çıxmış etirazçıların yolları bağladığını görmək mümkündür.

Xəbərlərdə deyilir ki, Tehranın Vəliəsr bazarındakı mağaza sahibləri də Zahedan etirazçıları ilə həmrəylik nümayiş etdirmək üçün tətilə başlayıblar.

Sentyabrın 30-da Zahedan şəhərində iğtişaşçılar polis məntəqələrinə hücum etmiş və təhlükəsizlik qüvvələri buna cavab olaraq məsciddə cümə namazı qılanları atəşə tutumuşdu.

Bu hadisədə azı 96 nəfərin öldüyü və 300-dək adamın yaralandığı xəbər verilib.

Bu ayın əvvəllərində İranın baş sünni ruhanisi Mövləvi Əbdülhəmid demişdi ki, bu qətliyama görə ali rəhbər ayətülla Əli Xameneyi başda olmaqla, İranın yüksək vəzifəli rəsmiləri məsuliyyət daşıyırlar.

Mövləvi Əbdülhəmid beynəlxalq müşahidəçilərin iştirakilə referendum keçirilməsinə çağırmışdı.

O vaxtdan bəri Zahedan şəhərinin yerləşdiyi Sistan və Bəlucistan ostanının polis komandanı istefa verib.

Sentyabrın 30-da etirazların daha da şiddətlənməsinə 15 yaşlı bəluc qızın yerli polis zabiti tərəfindən zorlanmasına dair xəbərlərin yayılması səbəb olmuşdu.

XS
SM
MD
LG