Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Separatçılar ‘ordu’nu ‘özünümüdafiə dəstələri’ ilə əvəz etməkdən danışırlar


Paşinyan: ‘Azərbaycan dəhlizi bağlamağa və soyqırıma zəmin hazırlayır’ - YAP-dan cavab
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Paşinyan: ‘Azərbaycan dəhlizi bağlamağa və soyqırıma zəmin hazırlayır’ - YAP-dan cavab

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da demişdi ki, 10 gün əvvəl Soçidə keçirilən üçtərəfli görüşdə Qarabağ separatçılarının bu təklifini təqdim edib

Əgər Rusiya sülhməramlıları bütün təmas xətti boyunca yerləşdirilsə, Qarabağdakı erməni separatçılar “müdafiə ordusunu” – “özünümüdafiə birlikləri” ilə əvəz edə bilərlər.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna separatçı liderlərdən Artur Arutyunyan deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da demişdi ki, 10 gün əvvəl Soçidə keçirilən üçtərəfli görüşdə Qarabağ separatçılarının bu təklifini təqdim edib.

Paşinyan demişdi ki, o Qarabağın ermənilər yaşayan hissəsi ətrafında beynəlxalq qarantiyaları olan “hərbsizləşdirilmiş zonanın” yaradılmasını istərdi.

Baş nazir demişdi ki, əgər bu təklif qəbul edilərsə, separatçılara “bəlkə də indiki miqyasda ordu lazım olmaya bilər”.

“Hərbsizləşdirilmiş zonada” Rusiya sülhməramlıları

Azatutyunun yazdığına görə bu təklif barədə suala cavab verən Arutyunyan deyib ki, bugün Rusiya sülhməramlı kontingenti bütün təmas xətti boyunca təhlükəsizliyi təmin edə bilmir, amma əgər “hərbsizləşdirilmiş zona” yaradılarsa, Qarabağda onların ordusu yox, özünümüdafiə dəstələri olar:

“Hazırda onların sayı və başqa bütün texniki imkanları nəzərə alınarsa, Rusiya Federasiyasının sülhməramlı qüvvələri bütün təmas xətti boyunca yerləşdirilə bilməz. Amma əgər bu bənd yerinə yetirilsə və Rusiya sülhməramlı qüvvələri bütün təmas xətrti boyunca yerləşdirilsə, burada silahlı qüvvələr yox, özünümüdafiə qüvvələri ola bilər”.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Separtaçı lider iddia edib ki, BMT Nizamnaməsi onlara belə bir hüququ tanıyır.

Arutyunyan hesab edir ki, “hərbsizləşdirilmiş zonada” Rusiya sülhməramlıalrı yerləşdirilməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl demişdi ki, Əliyev Laçın dəhlizini bağlamaqla Qarabağ ermənilərini soyqırım etmək istəyir.

Bu bəyanatı şərh edən Artur Arutyunyan deyib ki, əgər Azərbaycan Laçın dəhlizini bağlamağa cəhd göstərsə, Rusiya sülhməramlıları “müvafiq hərəkətə” keçəcəklər.

İlham Əliyev demişdi ki...

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada demişdi ki, Ermənistan iki il əvvəl - noyabrın 10-da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib:

"Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq".

Prezident Əliyev Şuşadakı çıxışında Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bildirmiş, Laçın dəhlizi ilə “Zəngəzur dəhlizi” arasında müqayisə aparmışdı:

“Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG