Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:32

Azərbaycan BMT-nin İran səsverməsində bitərəf qalıb


Təbriz Universitetində azərbaycanlıların aksiyası. Plakatda "Dilim şirindir" yazılıb (Arxiv fotosu)
Təbriz Universitetində azərbaycanlıların aksiyası. Plakatda "Dilim şirindir" yazılıb (Arxiv fotosu)

Ötən həftəsonu BMT-nin Üçüncü Komitəsi İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamənin layihəsini qəbul edib.

Qətnamədə İranda edam cəzalarının çoxluğu xüsusilə vurğulanır.

BMT İnsan Haqları Şurası da noyabrın 24-də İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməlidir.

Amma sözü gedən qətnamə layihəsinin səsverməsində 80 ölkə leyhinə, 28 ölkə əleyhinə səs verib. 68 ölkə bitərəf qalıb.

Əleyhinə səs verən ölkələrin arasında Ermənistan da var. İranın əleyhinə qətnamə kimi səciyyələndirilən bu sənədin əleyhinə Rusiya, Belarus, Çin, Kuba, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Suriya, Özbəkistan, Türkmənistan səs veriblər.

Azərbaycan səsvermədə iştirak edib və bitərəf qalıb.

Amma İlham Əliev demişdi ki...

Bu səsvermədən əvvəl noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı İranın adını çəkmədən bu ölkədə milyonlarla azərbaycanlının insan haqlarının pozulmasına işarə etmişdi:

"Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb".

Əliyev qeyd etmişdi ki, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır:

"Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".

Azərbaycan əsilli insanların daha çox İranda yaşadıqları bildirilir. Qeyri-rəsmi məlumatlara görə, hazırda İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Amma İranın rəsmi qurumları bu rəqəmi təsdiqləmirlər. İran Konstitusiyasına görə, onlar ana dillərində oxumaq hüququna malikdirlər. Bununla belə, dəfələrlə İranda yaşayan azərbaycanlılar bu hüquqdan məhrum olduqları ilə bağlı AzadlıqRadiosuna da şikayətlər ediblər.

Son aylar isə İranın müxtəlif bölgələrində, o cümlədən azərbaycanlıların sıx yaşadığı Təbrizdə də etirazlar baş verir.

Türkiyə və Gürcüstan səsvermədə iştirak etməyiblər

Türkiyə, Gürcüstan və daha bir neçə ölkə səsvermədə iştirak etməyib.

Əsasən insan haqları ilə bağlı məsələlərə baxan 3-cü komitənin qətnamə layihəsində İrana etirazçılara qarşı aşırı zordan istifadədən çəkinməyə çağırış edilir.

Komitədə Kanadanın nümayəndəsi vurğulayıb ki, İranda etirazçılara qarşı zorakılıqlara baxmayaraq aksiyalar səkkizinci həftədir davam edir.

Təbrizdə tələbə qızın dəfni etiraz aksiyasına çevirildi
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Nümayəndə deyib ki, gənc qadın Məhsa Əmininin polisdə ölməsi İranda çoxsaylı insan haqları pozuntularından yalnız biridir.

Britaniya nümayəndəsu isə bildirib ki, Əmininin ölümü İranda qadınların üzləşdiyi zülmün bir nümunəsidir.

İclasda İran nümayəndəsi qətnamə layihəsinin müəllifləri olan Kanada, Birləşmiş Ştatlar, Birləşmiş Krallıq, İsrail və Almaniyanı qətiyyətlə pisləyib.

O bildirib ki, İran qadınları öz hüquqlarından agahdırlar və “Qərbin onlara vəkillik etməsinə” ehtiyac yoxdur.

XS
SM
MD
LG