Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:12

Qarabağda ən çox tələb edilən işlər və təklif olunan maaşlar


Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat birdəfəlik müavinət veriləcək. Bu, Prezident İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Həmin müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək verilməlidir.

Yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas, ali təhsil müəssisəsini bitirən, son 5 ildə azı 2 il əmək stajı olan və ölkənin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib.

Qarabağda tikinti yoxlanacaq - Hesablama Palatası yenidənqurma işlərini araşdırır
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Lakin işğaldan azad olunmuş ərazilərdə "mütəxəssis" anlayışına aid olmayan şəxslər də işləyir və onlardan zaman-zaman müxtəlif şikayətlər eşidilib. Müxtəlif media orqanlarının yaydığı şikayətlərdə bəzi işçilərin əmək müqaviləsi olmadan çalışdıqları, bir sıra hallarda həftəlik iş vaxtı normasının qanunvericiliyə uyğun qorunmaması və əməkhaqqının gecikdirilməsi kimi hallardan bəhs edilib.

Qarabağda təklif edilən işlər

2022-ci ilin sonunda Dövlət Məşğulluq mərkəzlərində Qarabağ üzrə təklif olunan müxtəlif məvacibli işlərin siyahısı təqdim edilmişdi. Siyahıda Qarabağda, əsasən, fəhlə, dam ustası, suvaqçı, rəngsaza ehtiyac olduğu qeyd edilirdi. Orada maaşlar 850-900 manat arasında dəyişirdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən ilin 10 ayında orta aylıq əməkhaqqı 830 manata yaxın olub.

Şuşada biznes qurmaq üçün nə lazımdı?
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Hərçənd daha az maaş təklif edənlər də olub. Məsələn, bir şirkət Zəngilana qaynaqçı axtarıb və ona aylıq 500 manat verilməsi nəzərdə tutulurdu.

Dövlət Məşğulluq Agentliyindən də "Turan"a deyilib ki, işğaldan azad olunmuş ərazilərdə işçilərin əmək haqları peşəyə və vəzifə öhdəliklərinə görə dəyişir: "Qaradağda iş yerləri ilə bağlı təqdim olunan vakansiyalar üçün əmək haqları, əsasən, 500-1000 manat arasında dəyişir və daha yüksək olur".

"Şəffaflıq təmin edilmir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, prezidentin sözügedən fərmanı dövlət və hökumət xətti ilə işğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə aiddir: "İşğaldan azad olunmuş torpaqlarda bərpa işlərini aparanların çoxu özəl şirkətlərdir. Bunlar ya xarici şirkətlərdir, ya da xarici şirkətlərlə müqavilə bağlayan və subpodratçı kimi çıxış edən yerli şirkətlərdir. Orada çalışan mütəxəssislərə bu fərmanın aidiyyəti yoxdur, çünki onların maaşlarını müqavilə bağladıqları işəgötürənlər artıra bilər və ya müavinət ödəyə bilər".

N.Cəfərli
N.Cəfərli

İqtisadçının sözlərinə görə, həmin ərazilərdə şəffaflıq təmin edilmir: "Şirkətlərin adları, subpodratçı şirkətlərin adları, müqavilələr hansı müddətə və necə imzalanır, imzalanmış müqavilələrlə bağlı risk menecmenti necədir, çalışan vətəndaşlarla rəsmi müqavilələrmi bağlanılır, yoxsa qeyri-rəsmi çalışırlar – bunlar haqqında məlumat almaq çox çətindir. Bu da büdcə vəsaiti hesabına özəl şirkətlər tərəfindən görülən işlərin qeyri-şəffaf aparıldığını söyləməyə imkan verir".

İqtisadçı qeyd edib ki, şəffaflıq olsaydı, zaman-zaman gündəmə gələn maaşların verilməsi ilə bağlı problemlər olmazdı.

XS
SM
MD
LG