Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:08

‘Donos patriotun öhdəliyidir’? Rusiyada tələbə 'ekstremist' siyahısına salınıb


Olesya Krivtsova
Olesya Krivtsova

Rusiyanın Arxangelsk şəhərində 19 yaşlı tələbə Olesya Krivtsovanın məhkəməsi başlamamış “terrorçular və ekstremistlər” siyahısına salınıb.

Krivtsova artıq ikinci aydır ev dustağıdır, “terrorçuluğu əsaslandırma” və “Rusiya Federasiyası silahlı qüvvələrinin diskreditasiyası” ittihamları üzrə təqsirli bilinərsə, azı 10 il müddətinə həbsə məhkum edilə bilər.

“Beynimdə ən pis ehtimallar fırlanır. Həbs oluna biləcəyini tam anlayıram... Bu ehtimalla barışmağa çalışıram”, – Krivtsova evdən AzadlıqRadiosunun “Current Time” layihəsinə müsahibəsində deyib.

Gürzlə hədələmə

Yeniyetməyə qarşı iş dekabrın 26-da başlanıb, polis onun əriylə birlikdə yaşadığı evində axtarış aparıb.

Anası Natalya Krivtsovanın dediyinə görə, Olesya axtarışı görməyib, polis gələndən 10 dəqiqə sonra onu evdən çıxarıb.

Ananın sözlərinə görə, axtarış aparılarkən Krivtsovanın yanında duran polis əməkdaşı onu gürzlə hədələyib. Daha sonra Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə mərkəzinin əməkdaşı ona və həyat yoldaşına deyib ki, bu, “Vaqner muzdlu qrupundan salam” idi.

Bu hadisədən iki həftə öncə isə Kremlə bağlı Vaqner qrupu həbsxanadan Ukraynada müharibəyə cəlb olunmuş, daha sonra qarşı tərəfə keçdiyi deyilən Yevgeni Nujinin gürzlə öldürülməsi videosunu yaymışdı.

Ukraynaya Krımı vura bilən yeni silah verilə bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Qapalı Telegram qrupu

Rusiya ötən ilin fevralında Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan müharibədən narazı minlərlə insan təqib olunub, onların silahlı qüvvələri “gözdən salan” informasiya yaydığı bildirilir. Krivtsova apreldə müharibəyə qarşı stikerlə yaydığına görə 30 min rubl ($425) cərimələnib.

Krivtsovanın həbsindən sonra ilkin məhkəmə dinləmələrindən aydın olub ki, ona qarşı cinayət işi tələbə yoldaşlarının donosuna əsaslanır. Onların qatıldığı qapalı Telegram qrupunu AzadlıqRadiosu da nəzərdən keçirib.

“Onların məhkəmədə adını çəkdiyi iki nəfər həmin qrupda idi. Onlar polisə yaxud Federal Təhlükəsizlik Xidmətinə donosu necə çatdırmağın yollarını müzakirə edirdilər”, – yeniyetmə “Current Time”a danışıb.

Tələbələrin yazışması

Onun sözlərinə görə, vəkillərinə ona həmin tələbələrin göndərdiyi ehtimal edilən donosların surətini verməyiblər.

Oktyabrda qrup üzvləri Rusiyanın Ukraynaya qarşı işğalını müzakirə edəndə iştirakçılardan biri Krivtsovanın Instagram hekayətlərinin skrinşotlarını paylaşıb. Orada yeniyetmə tələbə Ukrayna hakimiyyətinin rusiyalı əsgərlərə təslim olmaqla bağlı tövsiyələrini, öldürülmüş ukraynalı dinc sakinlərin fotolarını paylaşıb.

“Bu qanunsuzdur. Bəlkə iş açılmalıdır?” – bir iştirakçı yazıbmış.

Bir neçə dəqiqədən sonra başqa bir iştirakçı qeyd edib: “Komandirə yazdım. Onun təhlükəsizlik orqanlarında dostları var və onlarla məsləhətləşəcək”.

Donos öhdəlikdir?

Daha sonra başqa biri universitetdə mühazirə deyən Aleksey Feldtin postunun skrinşotunu paylaşıb. Qrupda mühazirəçinin “donos kimisə vətənpərvər etmir” sözlərinin müzakirəsi başlanıb.

“Məncə, donos və kimisə ələ vermək ayrı-ayrı şeylərdir. Kimisə ələ vermək şəxsi səbəblərdən edilir”, – biri yazıb.

“Burada isə qanunsuz akt baş verir. Məncə, biz danışmalıyıq, özəlliklə də təslim olan uşaqlarımızın başına nə gətirdiklərini bildiyimiz üçün”, – başqa bir iştirakçı qeyd edib. Rusiyada aparılan propoqandada Ukraynada rusiyalı məhbuslarla pis rəftar olunduğu iddia edilir.

“Donos patriotun öhdəliyidir. Ən yaxşısı isə mediada ifşadır. Gözümçıxdıya salmaq Daxili İşlər Nazirliyindən daha effektlidir”, – digər iştirakçı yazıb.

Krivtsova deyir ki, tələbələrin “ideoloji” inamdan motivasiya aldığını düşünür.

“Məncə, onlar hərəkətlərinin adekvat və ədalətli olduğunu düşünür, mənim qanunla cəzalandırılmağımı vacib sayırlar. İnanıram ki, onları belə ideyalar idarə edir”, – tələbə danışır.

Həbsindən iki gün sonra keçirilən məhkəmədə Krivtsovanın ev dustaqlığında saxlanmasına qərar verilib.

Yenidən saxlanıb...

Onu bir həftə sonra yenidən saxlayıblar. Polis məhkəmədə iddia edib ki, Rusiyanın sərhəd rayonlarına onun adına iki birtərəfli qatar bileti alınıb. Krivtsova isə bilet almadığını, bundan ötrü işlək daxili pasportu olmadığını deyib.

Vəkillər belə bir biletin alınması haqda dəmiryollarından bilgi istənilməsi haqda vəsatət qaldırsalar da, hakim vəsatəti rədd edib. Sonda Krivtsovanın həbs olunması haqda iddia da rədd olunub, ancaq onun ev dustaqlığına internetdən istifadə qadağası əlavə edilib.

Anası Olesyanın ev dustaqlığının şərtlərini pozmadığını, istintaqı əngəlləmədiyini deyir.

“Əsas odur ki, o sınmadı... Olesya pis heç nə etməyib. O, heç nəyə görə günahkar deyil, üzr istəyəcək heç nə etməyib”, – anası vurğulayır.

XS
SM
MD
LG