Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:55

Hesabat: Rusiya minlərlə ukraynalı uşağı tərbiyə düşərgələrinə yerləşdirib  


Kiyev yaxınlığında uşaqlar, yanvar, 2023-cü il
Kiyev yaxınlığında uşaqlar, yanvar, 2023-cü il

Amerikalı tədqiqatçılar Rusiyanın minlərlə ukraynalı uşağı Ukraynanın işğal olunmuş ərazilərindəki müəyyən şəhərlərə yerləşdirdiyini bildirir. Fevralın 14-də açıqlanmış hesabatda deyilir ki, Rusiyanın əsas məqsədi həmin uşaqları rusiyapərəst etmək üçün “yenidən tərbiyələndirməkdir”.

Tədqiqatçılar azı 6 min ukraynalı uşağın yerləşdirildiyi 43 düşərgə və digər obyekt müəyyənləşdirdiklərini deyirlər.

Ukrayna əsgərləri Polşada "Leopard" tanklarının təlimini keçir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Uşaqların qohumları ilə əlaqələri kəsilib

“Aşkarladığımız düşərgələrin əsas məqsədinin siyasi baxımdan yenidən tərbiyə olduğu görünür”, – tədqiqatçılardan biri Nataniel Reymond (Nathaniel Raymond) jurnalistlədə deyib.

Hesabatda həmçinin Rusiya hökumətinin uşaqların Ukraynadakı qohumları arasında kommunikasiyanı kəsmək, onların Ukraynaya qayıtmasının qarşısını almaq cəhdlərinə dəlil yer alıb. Düşərgələrdən bəziləri uşaqların evlərindən minlərlə kilometr məsafədə yerləşir.

Uşaqların arasında valideyn himayəsindən məhrum, həmçinin Rusiya bir il öncə işğala başlayanda Ukrayna dövlət müəssisələrində qalanlar var. Bəzi uşaqların valideynləri, ailə qəyyumları olsa da, bəzilərinin kiminsə himayəsində olması müharibə səbəbindən qeyri-müəyyəndir.

Rusiyalı ailələrə verilən uşaqlar var

Hesabata görə, Ukraynadan bəzi uşaqlar rusiyalı ailələrə övladlığa verilib, yaxud Rusiyada “tərbiyə almağa” göndərilib.

Hesabat Yeyl Universitetinin İctimai Səhiyyə Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası tərəfindən, Dövlət Departmentinin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb. Həmin layihə Rusiyanın törətdiyi iddia olunan insan haqları pozuntuları və hərbi cinayətləri araşdırır.

“Uşaqların bu cür transferi və deportasiyası heç bir standarta uyğun gəlmir”, – Dövlət Departamenti bildirib.

Qurum qeyd edir ki, himayədə olan şəxslərin qanunsuz transferi və deportasiyası dinc sakinlərin qorunması üzrə Dördüncü Cenevrə Konvensiyasının pozulmasıdır və hərbi cinayətə bərabərdir.

Rusiyaya tələb

Dövlət Departamenti Rusiyadan tələb edir ki, məcburi transfer və deportasiyaları dayandırsın və uşaqları ailələrinə və qanuni qəyyumlarına qaytarsın. Rusiyadan həmçinin tələb olunur ki, yerləri dəyişdirilmiş və deportasiya olunmuş uşaqların qeydiyyat siyahısı təqdim olunsun, sözügedən müəssisələrə kənardan müstəqil müşahidəçilərin çıxışına imkan verilsin.

Rusiyanın proqramının əhatələdiyi ən kiçik uşağın dördaylıq olduğu, bəzi düşərgələrdə 14 yaşınadək uşaqlara hərbi təlim keçildiyi bildirilir, Reymond deyib. Ancaq tədqiqatçılar bu uşaqlardan döyüşdə istifadəyə dəlil tapmayıb.

Moskva müharibədə dinc sakinləri qəsdən hədəfə almadığını deyib, ukraynalıların məcburi deportasiyası haqda öncəki iddiaları təkzib edib.

XS
SM
MD
LG