Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:09

Hicab qanununu pozanlar cəzalandırılacaq: mobil, internet əlaqəsi kəsilə bilər


Şiraz şəhərində hicabsız qadın
Şiraz şəhərində hicabsız qadın

İran hökuməti ölkədə məcburi hicab qanununu həyata keçirmək üçün yeni təkliflər irəli sürüb. Təkliflərə hicab qaydasına əməl etməyən qadınların tapılaraq cəzalandırılmasından ötrü müşahidə kameralarından istifadə daxildir. Bütün bunlar ötən ilin sentyabrında gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı və bundan sonra aylarla davam edən etirazlar fonunda baş verir.

Martın 14-də İran parlamentinin iclasında mədəniyyət komissiyasının üzvü Bijan Nobaveh deyib ki, qurum hicabla bağlı yeddi yeni qayda təklif edib, rəhbərlik onları qəbul edib və təkliflər Milli Təhlükəsizlik Şurasında müzakirə olunub.

Fiziki cəza olmasa da...

Yeni təkliflərdə fiziki cəza nəzərdə tutulmur. Qaydanı pozanlar öncədən müəyyənləşdirilmiş cədvəl əsasında cəzalandırılacaqlar. Müşahidə kameralarından ictimai yerlərdə hicab bağlamayan qadınların aşkarlanması üçün istifadə olunacaq, qaydanı pozanlar mobil telefon və internet əlaqəsinin kəsilməsi daxil olmaqla müxtəlif cür cəzalandırılacaq. Dəlil toplamaq və qaydanı pozanların müəyyənləşdirilməsi ilə polis və ədliyyə orqanları məşğul olacaq.

Mədəniyyət Komissiyası mağaza sahibləri və ticarət mərkəzləri kimi biznesləri idarə edənlər qaydaların həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar.

Rəsmilər bəzi “qayda pozanlar”ən bizneslərini möhürləyirlər. Bu həftə Kaşan və Tehranda Saray Ameriha oteli və Almas Kommersiya Ticarət Kompleksi bağlanıb, işəgötürənlərin məcburi hicab qanununa əməl etməməsi əsas gətirilib.

Etirazlar

İranda hicab 1979-cu il islam inqilabndan sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib. Ancaq qadınlar illər boyu bu qaydanın hüdudlarından kənara çıxıb, rəsmilər isə buna göz yumub.

22 yaşlı Məhsa Əmini sentyabrda polisdə vəfat edəndən sonra etirazlar başlanıb, sonradan miqyası böyüyüb. On minlərlə iranlı küçələrə çıxaraq dini isteblişmentə etirazını bildirib.

Təhlükəsizlik qüvvələri isə etirazçılara divan tutub, minlərlə insan saxlanıb, bəzilərinə ölüm cəzası kəsilib. İnsan haqları qrupları etirazlarda azı 500 nəfərin öldürüldüyünü deyirlər.

XS
SM
MD
LG