Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:11

Hicab qaydasını pozanı 60 min dollar cərimə gözləyir


İran küçələrində qadınlar
İran küçələrində qadınlar

İran hökumətinin məcburi hicab qaydasına dair yeni strategiyasında qadınlar üçün fiziki cəza ləğv olunur, əvəzində maddi və inzibati cəzalar müəyyənləşdirilib. Bunu İran parlamentinin üzvü deyir.

Hüseyn Cəlalinin martın 27-də bildirdiyinə görə, yeni plana məcburi hicab qaydasını pozanlar üçün 30 milyard İran rialı (60 min dollar dollar) cərimə, həmçinin sürücülük vəsiqəsinin, pasportların ləğvi, həmin qadınların İnternetə çıxışının qadağan olunması nəzərdə tutulur.

Cəlali deyib ki, yeni təkliflərdə fiziki cəza yoxdur, qaydanı pozanlar öncədən müəyyənləşdirilmiş cədvələ uyğun cəzalandırılacaq.

Qaydanı pozanlar kameralarla tapılacaq

Fiziki qarşıdurmaları məhdudlaşdırmaq üçünsə qadınların ictimai yerlərdə hicab qaydasına necə əməl etməsi müşahidə kameraları ilə izlənəcək, qanunu pozanlar tapılıb cəzalandırılacaq. Polis və məhkəmə orqanlarına dəlilləri toplayaraq pozucuları müəyyənləşdirmək tapşırılacaq.

İran parlamentinin mədəniyyət komissiyası daha öncə bildirib ki, ticarət mərkəzləri kimi biznes sahibləri də qaydaların icrasına görə məsuliyyət daşıyacaqlar.

Rəsmilər artıq bəzi “pozucu” biznesləri möhürləməyə başlayblar. Elə bu həftə Kaşan şəhərində bir otel, paytaxt Tehranda isə bir ticarət mərkəzi bağlanıb, səbəb kimi işçilərin hicab qaydasına əməl etməməsi göstərilib.

Hicab yaşı 9-dan yuxarı qız və qadınlar üçün 1979-cu il İslam inqilabından bəri məcburidir. Ötən ilin sentyabrında hicab qaydası pozduğuna görə saxlandığı deyilən 22 yaşlı Məhsa Əmini polisdə vəfat edəndən sonra ölkəni etirazlar bürüyüb. Qadınlar, hətta məktəbli qızlar hakimiyyətə görünməmiş dirəniş göstərməyə başlayıblatr.

Etirazların amansızlıqla yatırdılması nəticəsində azı 500 nəfər öldürülüb.

Şuşda tətil

Bu arada İranın cənub-qərbindəki Şuş şəhərində işçilər və pensiyaçıların maaş və sosial müavinətlərin artırılması tələbiylə tətil keçirdiyi xəbər verilir.

Sosial mediada yayılan videolarda yerli valinin idarəsi önünə yığışanlar “İstibdada son, süfrəmiz boşdur” şüarı səsləndiriblər.

Artıq bir neçə həftədir Şuşda hökumət idarələri qarşısında “Etiraz bazarları” adıyla aksiyaların keçirildiyi bildirilir.

Ali Əmək Şurası İranda martın 21-dən başlanan Yeni ildən işçilərin minimum maaşını qaldırmaq qərarı verib. Ancaq ötən illə müqayisədə artım cəmi 27 faizdir. İranda son iki ildə inflyasiyanın 40 faizə yaxın olduğu deyilir.

Birləşmiş Ştatların Tehranın nüvə proqramıyla bağlı tətbiq etdiyi sanksiyalar nəticəsində İranda qiymətlər qalxıb, yaşayış standartları düşüb.

XS
SM
MD
LG