Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:42

İranda qadınlar üzləşdikləri alçaldıcı rəftardan danışırlar


İranda qadınlar
İranda qadınlar

Qadın haqları lideri Müjgan Keşavarzın ardınca bir çox iranlı qadın aktivist də ölkədəki həbsxanalarda işçilərin cinsi qısnama daxil olmaqla, alçaldıcı hərəkətləri haqqında danışıblar.

Keşavarz mayın 28-də öz Twitter səhifəsində 2019-cu ildə həbs olunanda tam soyunmağa məcbur edildiyini yazıb. O, bədənində mobil telefon gizlətmədiyinə əmin olmaq bəhanəsi ilə ayaqlarını açaraq mühafizəçilərə doğru oturub qalxmağa məcbur edildiyini və bu formada şəklinin çəkildiyini deyib.

Keşavarzın yazdıqları oxşar hərəkətlərə məruz qalan digər qadınları sosial şəbəkələrdə öz hekayəsini paylaşmağa cəsarətləndirib.

İki dəfə tam soyunmağa məcbur edilib

Bu yaxınlarda saxlanılan aktivist Zeynəb Zaman qaçaqmalçılıq törətmədiyini sübut etmək üçün bir dəfə təcridxanada, sonra isə məhkəmədə iki dəfə tam soyunmağa məcbur edildiyini yazıb.

"Başqalarının əzabını normallaşdırmağın ən absurd, məntiqsiz və axmaq səbəbi, bunun hər yerdə eyni olduğunu söyləməkdir! İnsana harada əzab verilirsə, verilsin, bu yanlışdır, qeyri-insanidir, iyrəncdir, cinayətdir”,Zeynəb Zaman Twitter hesabında yazıb.

Bir çox siyasi və mülki işlər üzrə məhbus dəfələrlə İranda məhbuslara qarşı qeyri-insani və qeyri-qanuni rəftar barədə məlumat verərək, qurumların və beynəlxalq təşkilatların diqqətini bu ölkədə həbsxanaların acınacaqlı vəziyyətinə cəlb edib.

Sentyabrda əxlaq polisi tərəfindən hicabla bağlı həbs edilən və həyatını itirən Məhsa Əminidən sonra İranda saxlanılan qadınların sayı artıb. Qadınlar Əmininin ölümündən sonrakı iğtişaşların başında dayanıb, bu isə 1979-cu il İslam İnqilabından sonra hakimiyyət üçün ən böyük problemlərdən birini yaratdılar.

“Psixoloji işgəncə”

Gender bərabərliyi fəalı Nəsibə Şamseyi oxşar hadisələr yaşadığını, mensturasiya olduğu vaxt təhlükəsizlik qüvvələrinin onu soyunmağa məcbur etdiyini yazıb. O, bu taktikaları “alçaldılma” və “psixoloji işgəncə” adlandırb.

İranın tanınmış aktrisası Mahnaz Əfşar isə sözügedən taktikanın təzə olmadığını bildirib.

Əfşarın sözlərinə görə, bir neçə il əvvəl özünü yalandan onun kimi qələmə verən “çılpaq” qızın videosu yayımlanandan sonra kəşfiyyat idarəsinə çağrılıb. Ofisdəki bir qadın Əfşarı videodakı qız olmadığını sübut etməsi üçün tamamilə soyunmağa məcbur edib. Əfşar bu proseduru “ruhunun və psixologiyasının pozulması” kimi təsvir edib.

O narahatdır ki, başqaları da onun kimi davrana, “utanc” hissindən başına gələnləri gizlədə, fotolarından sui-istifadə olunacağından çəkinə bilər.

XS
SM
MD
LG