Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:02

Kadırovun qızı baş nazirin müavini olur


Ramzan Kadırov və qızı, mədəniyyət naziri Ayşat Kadırova
Ramzan Kadırov və qızı, mədəniyyət naziri Ayşat Kadırova

Çeçenistanın avtoritar lideri Ramzan Kadırovun 24-yaşlı qızı Ayşat respublikanın sosial məsələlər üzrə baş nazir müavini olacaq. Belə bir təklifi hökumətin geniş iclasında parlament sədri Muslim Xuçiyev irəli sürüb, Kadırov isə qərarı dəstəkləyib.

Ayşat Kadırova 21 yaşından Çeçenistanın mədəniyyət nazirinin müavini olub, bir ildən sonra nazir vəzifəsinə keçib. Onun bir neçə fəxri adı, medalları var, Çeçenistanın ali "Kadırov ordeni"nə də layiq görülüb.

"Şübhəsiz, Ayşat Kadırova regional mədəniyyət nazirliyinin fəaliyyətinin yaxşılaşdırılmasına böyük töhfə verib, ciddi iş təcrübəsi yığıb", – Kadırov Telegram kanalında yazıb.

Kadırovun onlarla qohumu Çeçenistanda əhəmiyyətli dövlət vəzifələrini tutur. BBC-nin rus xidməti 2018-ci ildə hesablamışdı ki, Çeçenistanda iri məmurların 30 faizi region başçısının qohumlarıdır. "Kavkaz.Realii" isə Kadırov klanından dövlət strukturlarında çalışanların siyahısını tərtib edib.

Ayşat Kadırovanın əri Visxan Matsuyev isə bu ilin iyulunda hökumətdə baş nazir müavini, kənd təsərrüfatı naziri təyin olunub. Fevralda Kadırovun bacısı oğlu Xamzat baş nazirin digər müavini postuna təyin olunub.

XS
SM
MD
LG