Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:29

Qərb rəsmiləri Ukrayna ilə Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə edir?


ABŞ və Aİ rəsmiləri Ukraynayla Rusiya ilə aparılacaq mümkün sülh danışqlarını müzakirə etdiyi bildirilir.

Bu barədə ABŞ-ın NBC televiziyası məlumat yayıb.

NBC televiziyası iki yüksək vəzifəli ABŞ məmuruna istinadən yazır ki, danışıqların əsas mövzusu münaqişənin btiməsinin Ukraynaya nə gətirəcəyi barədə olub.

Rəsmilərin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlarda Ukraynanın razılığa gəlməsi üçün nələrdən imtina edə biləcəyi də geniş şəkildə müzakirə edilib.

Həmin mənbə qeyd edir ki, NATO öz növbəsində Rusiyanın yeni ərazi işğallarına qarşı Ukraynaya bəzi təhlükəsizlik təminatları verməyə də hazırdır.

NBC xəbər verir ki, rəsmilərin "incə" adlandırdığı danışıqlar ötən ay NATO üzvlərinin daxil olduğu Ukraynanı dəstəkləyən 50 ölkənin görüşü əsnasında baş tutub.

Müharibə dalana dirənib?

NBC-nin mənbələri bildirirlər ki, bu danışıqlar ABŞ və Avropa ölkələrinin uzanan müharibənin dalana dirənməsi və Ukraynaya yardımı davam etdirə bilməyəcəkləri sarıdan narahatçılıqları fonunda baş tutub. Rəsmilərin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası da Ukraynanın gücünün tükənməsindən narahatdır, halbuki Rusiya isə “sonsuz görünür”.

Rusiya danışıqlara hazırdır?

NBCNews-in həmsöhbətlərinin sözlərinə görə, bununla yanaşı, Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olduğuna dair heç bir işarə görmür.

Onların fikrincə, Qərb rəsmiləri Putinin “Qərbi oturtmağa” və ya Qərb ölkələrinin Ukraynaya hərbi yardımı dayandırmağa qərar verənə qədər ya da bu yardımın çox bahalaşana qədər müharibəni davam etdirməyə ümid edir.

Eyni mənbənin iddiasına görə, Ukraynanın ilinin sonuna qədər və ya biraz daha artıq vaxtı var. Bunun ardından “sülh danışıqları ilə bağlı daha təcili müzakirələrin” başlayacağı gözlənilir.

ABŞ rəsmiləri inkar edir

ABŞ rəsmiləri açıq şəkildə Ukraynanı danışıqlara sövq etdiyini və ümumiyyətlə Ukrayna ilə belə müzakirələrin aparıldığını inkar edirlər.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson bir müddət əvvəl verdiyi açıqlamasında "Danışıqlarla bağlı istənilən qərar Ukraynada qalır. Biz öz azadlığını və müstəqilliyini Rusiyanın təcavüzündən qoruyan Ukraynaya dəstəyi davam etdirməyə fokuslanmışq" sözlərini deyib.

XS
SM
MD
LG