Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:27

Ukrayna Rusiya ərazisinə müdaxilə edir?


Ukrayna hərbçiləri avqustun 6-da səhər Rusiya birləşmələrinin Kursk vilayətinin Nikolayevo-Daryino və Oleşnya yaşayış məntəqələrindəki mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər.

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, həmin bölgələrə ehtiyat hərbi qüvvələri göndərilib.

Kursk vilayəti ilə Ukrayna arasındakı sərhəddə döyüşlərin getdiyini hələ səhər saatlarında Rusiya hərbi blogerləri xəbər vermişdilər.

Kursk vilayətinin qubernator əvəzi Aleksey Smirnov öz teleqram kanalında Rusiya sərhədinin Ukrayna silahlı qüvvələri tərəfindən “yarılması cəhdlərindən” yazmışdı.

Tanklar və dronlarla

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, əməliyyatda Ukrayna silahlı qüvvələrinin 22-ci mexanikləşdirilmiş briqadasının 300-dək hərbçisi, 11 tank və 20-dən çox zirehli maşın iştirak edir.

Bu da xəbər verilir ki, hücumun dəf edilməsinə hərbçilər və sərhədçilər cəlb olunub.

Qeyd olunur ki, Rusiya hərbçiləri dövlət sərhədi rayonunda “düşmənin hücumlarını dəf edir və Ukraynanın Sumı vilayətindəki ehtiyat qüvvələrini atəşə tutur”.

Rusiya tərəfi bunu da bildirir ki, hücum edən zirehli texnikaya qarşı hərbi aviasiyadan istifadə olunur.

Toqquşmalar baş verən ərazilərə əlavə qüvvələr göndərilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, döyüşlərdə Ukrayna silahlı qüvvələrinin 6 tankı, iki PDM-i, 4 zirehli transportyoru və bir mühəndis texnikası məhv edilib.

Belqorod vilayətinə də hücum edildiyi deyilir

Kursk qubernatorunun məlumatına görə Ukrayna tərəfindən atılan mərmilərin partlaması nəticəsində Suca şəhərində bir qadın sakin həlak olub. Daha 8 sakinin yaralandığı xəbər verilir.

Kursk vilayətinə dron zərbələri nəticəsində iki avtomobili sürücüsünün həlak olduğu deyilir.

Bəzi məlumatlara görə Ukrayna tərəfinin diversiya-kəşfiyyat qrupu Kurilovka və Qonçarovka kəndləri istiqamətində irəliləməkdə davam edir.

Bəzi hərbi blogerlər sərhədin habelə Belqorod vilayəti ərazisində yarıldığını bildirirlər.

Blogerlər iddia edirlər ki, Ukrayna Sumı vialyətində qoşun cəmləşdirir.

Ukrayna tərəfi Rusiya ərazisinə hər hansı hücumlar barədə məlumat verməyib.

XS
SM
MD
LG