Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:37

Putin Gürcüstan vətəndaşlarının Rusiyaya səfərlərini bir qədər də sadələşdirib


Gürcüstan pasportu
Gürcüstan pasportu

Prezident Vladimir Putin Gürcüstan vətəndaşları üçün Rusiyaya gəliş və gediş qaydalarını sadələşdirən fərman imzalayıb.

Fərman Rusiyanın rəsmi dövlət sənədləri portalında dərc edilib.

Bu sənədə görə Rusiyaya vizasız girişə dair ötən ildən tətbiq olunan rejim həm də “Rusiya Federasiyasına əmək fəaliyyəti üçün və ya 90 gün müddətinə gələn Gürcüstan vətəndaşlarına şamil ediləcək”.

Söhbət həm də Rusiyaya təhsil məqsədilə gələn Gürcüstan vətəndaşlarından gedir. AzadlıqRadiosu bildirir ki, bundan əvvəl bu kateqoriyadan olan Gürcüstan vətəndaşlarının Rusiyaya vizasız gəlişi qadağan idi.

Fərman oktyabrın 10-dn qüvvəyə minir.

Putin Gürcüstan vətəndaşları üçün 2000-ci ildən tətbiq olunan viza rejimini 2023-cü ilin mayından ləğv edib.

Elə həmin vaxtdan Rusiya və Gürcüstan arasında birbaşa hava nəqliyyatı bərpa olunub.

Rusiya vətəndaşlarının da Gürcüstana vizasız gəlmək hüququ var. Bununla belə iki ölkə arasında diplomatik münasibətlər yoxdur.

Rusiyayönlü siyasət

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Hakim “Gürcü arzusu” partiyası Rusiya ilə ticari-iqtisadi əlaqələrin son dərəcə əhəmiyyətli olduğunu bildirir və buna qarşı çıxanların Gürcüstanı müharibəyə sürüklədiyini iddia edir.

Öz növbəsində Gürcüstan müxalifəti hakimiyyəti rusiyayönümlü olmaqda ittiham edir.

Gürcüstanda Rusiyanın “xarici agent” qanununa bənzər “şəffaflıq qanunu” qəbul edildikdən sonra Qərblə Tbilisi arasında münasibətlər son dərəcə korlanıb.

ABŞ və Avropa İttifaqı Gürcüstana sanksiyalar tətbiq edib və bu ölkəyə maliyyə yardımlarını dayandırıb.

XS
SM
MD
LG