Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:36

Fukuşimada nə baş verir?


Fukushima Daiichi Nüvə Enerjisi Stansiyasına yuxarıdan baxanda
Fukushima Daiichi Nüvə Enerjisi Stansiyasına yuxarıdan baxanda


Yaponiyanın Fukuşima atom stansiyası yaxınlığında dəniz suyunda radioaktiv yodun miqdarı icazə verilən səviyyəni 4385 dəfə keçib...

...Yaponiya hökuməti Fukuşuma ətrafında 20 km-lik təhlükəsizlik zolağı yaradıb, buradan bütün sakinlər köçürülüb.

Ancaq Fukuşimadan 40 km aralıdakı bir kənddə yüksək radioaktiv sezium-137 maddəsi tapılandan sonra Beynəlxalq Atom enerjisi Agentliyi Yaponiyaya məsləhət görür ki, təhlükəsizlik zolağını 40 km-əcən genişləndirsin.
Sezium-137-nin yarıparçalanma dövrü 30 ildir...


ƏN PİS SENARİ

Qəzanın təbiəti və miqyası dəqiq məlum deyil. Fukuşima stansiyasını idarə edən Tokio Elektrik Enerjisi adlı şirkət bu barədə geniş məlumat vermir.

İsveçdəki Radiasiya Təhlükəsizliyi adlı təşkilatın eksperti Lars Gunsel ehtimal edir ki, ən çox zədələnmiş reaktorda radioaktiv yanacaq çubuqlarının 10 faizindən 16 faizinə kimi hissəsi zədələnmiş ola bilər.

Gunsel bunu yüksək zədələnmə həddi adlandırır. Onun fikrincə, belə zədələnmə nüvə reaktorları üçün ən fəlakətli senariyə apara bilər - reaktorun nüvəsi əriyə bilər. Bu isə radioaktiv maddələrin birbaşa ətraf mühitə yayılmasına gətirə bilər.

Reaktorun nüvəsində nə baş verdiyini heç kim bilmir. Çünki müşahidəyə imkan verən qurğular sıradan çıxıb.

Fukuşimadakı reaktorları quraşdıran General Elektric Şirkətində təhlükəsizlik tədqiqatlarının rəhbəri Richard Lahey bu həftə Britaniyanın Guardina qəzetinə müsahibəsində deyib ki, reaktordan göstəricilər “reaktorun nüvəsində ərimədən xəbər verir. Ancaq ümid edirəm ki, yanılıram.”

STANSİYA İŞLƏMİR, PROSESSƏ GEDİR

Yaponiyada zəlzələ olan kimi atom stansiyası avtomatik olaraq özü-özünü söndürdü. Ancaq problem ondadır ki, reaktorlardakı indiki proses təbii radioktiv prosesdir, stansiyanın işləyib-işləməməsindən asılı deyil.
Hazırda ən böyük problem reaktorun nüvəsindəki ərimədir və ya ərimə təhlükəsidir.

Ona görə hazırda xilas-təmir heyətinin bütün diqqəti reaktorun nüvəsini soyutmağa yönəlib. Bunun üçün istifadə olunan dəniz suyu reaktor sisteminə vurulur.

Ancaq burda da gözlənilməz problem yaranıb. Su hardansa sızır.

Britaniyadakı Dalton Nüvə İnstitutunun eksperti Tim Abram deyir: “Xilasedicilər indiyə kimi müəyyən edə bilmirlər ki, bu sızma reaktordandır yoxsa suvarma sisteminin özündəndir. ”

İLLƏR LAZIMDIR

Fukuşimadakı qəza ilkin düşünüldüyündən qat-qat gec aradan qaldırılacaq. Hələlik aydın olan yeganə məsələ budur.

Yaponiyanın nüvə məsələlərində baş rəsmisi Hidehiko Nişiyama bu həftə mediaya deyib: “Biz reaktorları zərərsizləşdirməyə uzun müddət davam etməliyik. Söhbət illərdən gedir”.
XS
SM
MD
LG