Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:19

ABŞ səfirliyi müxalifətin 2 aprel mitinqinə münasibət bildirib


 ABŞ Azərbaycan hökumətini sərbəst toplaşma və söz azadlıqlarına hörmət etməyə çağırır
ABŞ Azərbaycan hökumətini sərbəst toplaşma və söz azadlıqlarına hörmət etməyə çağırır
ABŞ səfirliyi aprelin 2-si Bakının mərkəzində müxalifətin dinc nümayişinin qarşısının alınması və nümayişdən əvvəl müxalifət fəallarının saxlanmasından narahatdır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.

ABŞ Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasında, beynəlxalq insan haqları üzrə hüquqi aktlarda, ATƏT öhdəliklərində təsbit olunmuş sərbəst toplaşma və söz azadlıqlarına hörmət etməyə çağırır:

«Bu hüquqlara hörmət önəmlidir. Çünki bu, istənilən cəmiyyətdə vətəndaşlarla hökumət arasında müəyyən dialoqa təşviq edir. Bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır».

ABŞ səfirliyi aksiya ilə əlaqədar saxlananları açıq və şəffaf dinləmələr və müvafiq vəkil xidməti ilə təmin etməyə çağır.

Aprelin 4-də ATƏT də müxalifət aksiyasına münasibət bildirib. ATƏT-in Bakı Ofisinin rəhbəri B. Cankorel bildirib ki, «ümumi sayı 1000 nəfəri ötməyən bir toplantı zamanı 174 nəfərin saxlanması həddən artıq böyük rəqəmdir».

Aprelin 2-də İctimai Palata Bakının mərkəzində icazəsiz aksiya keçirib. İctimai Palata son parlament seçkilərindən sonra yaradılıb. Bura bir neçə müxalifət partiyası, QHT-lər və ayrı-ayrı fərdlər daxildir.
XS
SM
MD
LG