Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Mercedes-Benz 137 min maşını geri çağırır


Mercedes-Benz şirkəti 136 750 maşını cruise-control sistemindəki nasazlığa görə geri çağırır. Şirkətdən verilən açıqlamaya görə, geri çağırılan M Class və M Class AMG model Mercedes-Benzlər 2000-2004-cü illər arasında ABŞ-da istehsal olunub. Sistemdəki nasazlığın təmir edilməsinə sentyabr ayında başlanacağı bildirilir.

Cruise-control sistemi heç bir pedalı basmadan avtomobili sabit sürətlə hərəkətini təmin edir. Normalda ayağı əyləc pedalına qoyan kimi maşın cruise-control sisteminin avtomatik idarəetməsindən çıxmalıdır. Amma nasazlıq üzündən bu baş vermir, bu da qəzaya yol aça bilər.

Ancaq Mercedes-Benz şçirkətindən verilən açıqlamada bildirilir ki, hətta təmirə ehtiyac olmadan da, əyləc pedalını tam basmaqla sistemi deaktivləşdirmək olar.
XS
SM
MD
LG