Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:47

2 aprel Avropa İttifaqının və Milli Məclisin diqqətində


2 aprel aksiyasından görüntülər - 3
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00
Direct-ə keçid

Polis müxalifətin 2 aprel aksiyasının qarşısını aldı

Müxalifətin aprelin 2-də keçirdiyi aksiya Azərbaycan ictimaiyyətinin gündəmindən düşmür. Dövlətin kütləvi informasiya vasitələri müxalifət liderlərinin tənqid edir, müxalifətyönlü və müstəqil media isə müxalifətə qarşı repressiyalar haqqında məlumatlar yayır. Parlament üzvlərinin və Avropa İttifaqı, ATƏT kimi qurumların da məsələyə münasibəti fərqlənir.

SPİKERİ 2 APRELİ SUMQAYIT HAİDSƏLƏRİNƏ BƏNZƏDİR

Milli Məclisin aprelin 8-də keçirilmiş iclasında spiker Oqtay Əsədov müxalifətin 2 aprel mitinqini 1988-ci il Sumqayıt hadisələrinə bənzədib. Onun fikrincə, Sumqayıt hadisələri kimi, bu mitinqin də ssenarisi Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa hesablanı:.

“Azərbaycanı dünyada pis sifətdə göstərmək üçün SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş Sumqayıt hadisələri səhəri günü xəbər olaraq bütün ölkələrdə verildi. Yəni bu, qurulmuş bir ssenari idi. Əfsuslar olsun ki, bəzi radikal müxalifət partiyalarının dəstəyi və köməyi ilə Azərbaycanı dünyada gözdən salmaq istəyən, onun inkişafına xəbis gözlə baxan bəzi ölkələr vəziyyətdən istifadə edib eyni ssenarini 2 aprel mitinqində həyata keçirdilər. 200-300 adam yığıldı. Məqsəd o idi ki, pozuculuq olsun, çəkilsin, xarici telekanallarda göstərilsin və buna ad qoyulsun”.

SABİR RÜSTƏMXANLI 2 APRELİ HÖKUMƏTİN AYAĞINA YAZIR

İqtidar yönlü AVP təmsilçisi, deputat Zahid Oruc da 2 aprel mitinqinə medianın və xarici səfirliklərin qısa bir zamanda reaksiya vermələrini, aksiyaya dəstək kimi dəyərləndirir. Oqtay Əsədov isə deyir ki, indi o zamanlar deyil, Azərbaycan artıq müstəqil, güclü,inkişaf etmiş ölkədir. Azərbaycanda belə mitinqlərə, araqarışdırıcı ssenarilərə yer yoxdur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə deyir ki, əgər doğrudan da söhbət 200-300 adamın yığışmasından gedirsə, bu belə narahatçılıq doğurmamalı idi. Onun fikrincə, əslində bu mitinqlərin təşkilatçısı müxalifət yox iqtidardır.

S.Rüstəmxalı: “Mitinqi müxalifət yox iqtidar keçirdir. Müxalifətin gücü yoxdursa o küçələrə adam yığa bilməz. Adamları küçələrə çıxardan iqtidar, onun bir sıra sahələrdə apardığı siyasətdir. Deyirlər bu işlər gənclərin təşəbbüsü ilə görülür. Bu gıənclər bizim övladlarımızdırə Xaricdə təhsil alıb qayıdıb illər uzunu iş tapmayan, maaş almayan, 30-20-15 ilin nazirlərinə öz varlıqlarını tanıda bilməyən uğaqlardır. Bəs bunlar neyləməlidilər”

Sabir Rüstəmxanlının fikrincə vəziyyəti qaydasına salmaq üçün ilk növbədə vəd verilən islahatların reallaşması barədə düşünülməlidir.

AVROPA İTTİFAQININ NARAHATLIĞI

Avropa İttifaqı isə aprelin 7-də Azərbaycanda fundamental azadlıqlardan vətəndaşların istifadə etməsində mövcud olan problemlərdən narahatlıq ifadə edən bəyanat yayıb.

Bəyanatda deyilir: Avropa İttifaqı narahatlıqla qeyd edir ki, Bakıda aprelin 2-də keçirilmiş dinc nümayiş sistematik olaraq dağıdılmış, çox sayda iştirakçılar saxlanıb və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza alıblar. Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd jurnalist müvəqqəti həbs olunub.

Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs olunub və ya ev həbsində saxlanıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər.

Aİ öz bəyanatında Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırıb.

RƏBİYYƏT ASLANOVA AVROPAYA TƏPİNİR

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, YAP-dan olan deputat Rəbiyyət Aslanova bu bəyanata münasibət bildirərkən deyib ki, Avropa İttifaqı Azərbaycana məsləhət verməkdənsə, yaxşı olar Avropanın özünün daxilindəki problemlərin həlli yolunda addımlar atsın:

«Bu gün Azərbaycana hansısa göstəriş virmək arzusunda olan qüvvələr, ayrı ayrı mərkəzlər anlamalıdılar ki, Azərbaycanın getdiyi yol Avropanın qabaqcıl ölkələrinin seçdiyi yoldur. Azərbaycanda gedən prosesləri nəinki düzgün qiymətləndirməyən, burada hansısa ixtişaş salmaq arzusunda olan mərkəzlərin fəaliyyətinə, hyərəkətinə haqq qazandıraraq Azərbaycanda demokratik islahatlar aparılmır kimi iddiaları heç kəs qəbul etmir. Azərbaycan siyasi baxımdan ən sabit, iqtisadi baxımdan tərəqqi edən bir dövlətdir. Bu dövlətlə başqa dillə danışmağa heç bir Azərbaycan vətəndaşı imkan verməz, nəinki siyasi və rəsmilər. Yol göstərmək, inkişafı müəyyən etmək, insanların taleyi ilə bağlı məsləhət vermək, dövlətin, millətin işinə qarışmaq kifayətdir».».

Rəbiyyət Aslanovanın fikrincə, Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirmək iddiasında olan qurumlar anlamalıdırlar ki, bu ölkəyə qarşı hansısa bir üstün, fərqli mövqedən çıxış etmək olmaz.
XS
SM
MD
LG