Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:46

«Hacı Məmmədov və 26 nəfərə hökmün oxunması bu gün yekunlaşmayacaq»


Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi ötən ilin iyulunda başlamışdı
Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi ötən ilin iyulunda başlamışdı

«Hacı Məmmədov və daha 26 nəfərə hökmün oxunması bu gün yekunlaşmayacaq». Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılov «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, hökmün həcmi çox böyük olduğuna görə, onun oxunması xeyli vaxt aparacaq: «Ancaq sürətlə oxunarsa, yanvarın 17-si axşama kimi prosesi yekunlaşdırmaq olar».


Yanvarın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərə hökm oxunmağa başlanıb. İş mürəkkəb və həcmcə böyük olduğundan hər bir təqsirləndirilənin ittiham olunduğı Cinayət Məcəlləsinin maddələri sadalanıb.


Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir. Bu dəstə 2005-ci iilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi ötən ilin iyulunda başlamışdı.


XS
SM
MD
LG