Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Piter Semnebi Dağlıq Qarabağa gedəcək


Keçən həftə Piter Semnebi Gürcüstanda səfərdə olub
Keçən həftə Piter Semnebi Gürcüstanda səfərdə olub

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağa tanışlıq səfəri edəcək. Səfər fevralın ilk yarısında baş tutacaq. Bu barədə «Azadlıq» radiosuna Brüsseldəki diplomatik mənbələrdən məlumat daxil olub. Semnebinin Dağlıq Qarabağa səfəri tanışlıq məqsədi daşıyacaq.


Keçən həftə Piter Semnebi Gürcüstanda səfərdə olub. Avropalı diplomat Abxaziya və Cənubi Osetiya da olub, rəsmilərlə bu münaqişələrin həli yollarını müzakirə edib.


Noyabrda AB «Qonşuluq Siyasəti» Proqramı çərçivəsində Azərbaycan, Gurcüstan və Ermənistanla Fəalliyət Planını təsdiq edib. Plana əsasən, Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasına yardımın artırılmasını özünün prioriteti elan edib.


XS
SM
MD
LG