Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

«Azərbaycandakı türk məktəbləri islam elitasi yaratmaq istəyir»


«İrşad» İslam Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev «Xəbər-ətər» verilişinin qonağıdır, 20 aprel 2007
«İrşad» İslam Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev «Xəbər-ətər» verilişinin qonağıdır, 20 aprel 2007

Azərbaycanda nurçuların sayı artır. Onların fəaliyyəti Şamaxı, Yevlax, Kürdəmir, Ağdaş və Gəncədə xüsusilə aktivləşib. Bu fikirləri «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan «İrşad» İslam Araşdırmalar Mərkəzinin direktoru professor Rafiq Əliyev söyləyib.


«Azərbaycandakı türk məktəbləri islam elitasi yaratmaq istəyir. Bu elit təbəqənin sıralarında təxminən 5-6 min nəfər cəmləşib. Belə yüksək səviyyəli elita Azərbaycanda müəyyən işlər görə bilər. Hətta məzunların işə düzəlməsini də bu qrup izləyir. Nurçular belə bir proqramı 1992-ci ildən həyata keçirirlər. 2010-cu ilə kimi proses qurtaracaq və onları dəstəkləyəcək elit təbəqə formalaşacaq».


Uzun müddət Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri olan Rafiq Əliyev deyir ki, mütəxəssislər kənarlaşdırıldığından ölkədə dini qruplaşmalara qarşı iş zəifləyib və bu da onların aktivləşməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, islam aləmi qloballaşma prosesində öz yerini tapa bilmir.


Rafiq Əliyev deyir ki, Amerika İraqın sabitliyi naminə şiə dövlətini dəstəkləyir, Azərbaycandakı qruplaşmaların aktivləşməsinin bir səbəbi də budur. «Hətta sünni təriqətindən olan nurçular və vəhhabilər də şiə qruplaşmaları ilə müvəqqəti birləşməyə razıdırlar, çünki bilirlər ki, təklikdə hakimiyyətə gələ bilməyəcəklər. Məqsədə nail olandan sonra isə hakimiyyəti bölüşdürmək olar».


Keçmiş komitə sədrinin qənaətinə görə, Birləşmiş Ştatlarda belə bir təsəvvür var ki, Azərbaycanda islam dövləti qurmaq mümkündür. «Üstəlik, xarici qüvvələrin fikrincə, Azərbaycanda şiə dövləti qurulsa, bu, başqa dini dövlətlərə nümunə olacaq».


Rafiq Əliyev dini radikallaşmanın qarşısını almaq üçün çıxış yolunu dini maarifçiliyi artırmaqda görür.


XS
SM
MD
LG