Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:24

«İstehsalat ölüm düşərgəsinə çevrilib»


İstehsalatda ölüm hadisələri daha çox tikinti sektorunda müşahidə olunur
İstehsalatda ölüm hadisələri daha çox tikinti sektorunda müşahidə olunur

«İlin birinci yarısında ölkə üzrə istehsalatda 104 bədbəxt hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 115 nəfər zərər çəkib-39 nəfəri ölüb, 76 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb»- «Azadlıq» qəzeti 1 avqust sayında belə yazıb. Məqalə «İstehsalat ölüm düşərgəsinə çevrilib» adlanır. «Turan» Dövlət Əmək Müfəttişliyinə istinadən xəbər verir ki, bədbəxt hadisələr əsasən sənayedə, tikintidə, nəqliyyat və rabitədə baş verir. Bədbəxt hadisələrin yarıdan çoxu Bakının payına düşür. Ölüm hadisələri daha çox tikinti sektorunda müşahidə olunur. Tikintidə 23 bədbəxt hadisə baş verib, nəticədə 13 nəfər həlak olub. «Azadlıq» yazır ki, Əmək Məcəlləsinə riayət olunmur, sənəd ancaq kağız üzərində mövcuddur. Qəzetin iddiasına görə bu tendensiya Fizuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin ediləndən sonra daha da güclənib.


«Yeni Müsavat» ın əməkdaşı Elşad Paşasoy «İflas siyasəti» məqaləsində Azərbaycanın xarici siyasətinin bir çox istiqamətlərdə iflasa uğramasından yazır: «Əminliklə demək olar ki, xarici dövlətlərin, hətta müsəlman ölkələrin Azərbaycan torpaqlarını zəbt edən Ermənistana yardım göstərməsinin baiskarı elə rəsmi Bakının özüdür. Bu, iqtidarın yarıtmaz siyasi kursuna verilən cavabdır. Hakimiyyət son illər nəinki xristian dövlətlərin dəstəyini qazana bilib, əksinə, müsəlman ölkələri də özündən uzaqlaşdırıb. Biz bu iqtidardan Qarabağın bircə qarışını belə azad edəcəyini gözləmirik. 8 aydır Ermənistanda əsrlikdə olan bir əsgəri qaytara bilməyəndən bunu necə umasan?» Yazı qəzetin 6-cı səhifəsində yer alıb.


«525» ə müsahibə verən Milli Məclisin İnsan haqları komissiyasının sədri, YAP-çı deputat Rəbiyyət Aslanova gələn ilki prezident seçkilərindən danışıb. Xanım deputat deyib: «Onsuz da müxalifət özü bölünməyə doğru gedir. Yəni müxalifət neçə ildir birləşib vahid bir namizəd ortaya qoya bilmir. Əgər YAP-ın həqiqətən də müxalifətin vahid namizəd ideyasına mane olmaq, düşərgənin guya səslərini parçalamaq niyyəti varsa, niyə bundan əvvəlki seçkilərdə bu ideya baş tutmayıb? Məgər müxalifətə mane olan YAP-dır?».


YAP funksioneri hesab edir ki, müxalifətə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq, etimadsızlıq həddindən artıq çoxdur: «Mən çox təəssüf edirəm ki, onlar bu gün Azərbaycan müxalifətinin normal obrazını formalaşdıra bilməyiblər».


XS
SM
MD
LG