Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Sabiq nazir özəlləşdirmədə məmurların iştirakından danışıb


«Özlərini elə aparırlar ki, guya özəlləşdirmə haqda heç nə bilmirlər…»
«Özlərini elə aparırlar ki, guya özəlləşdirmə haqda heç nə bilmirlər…»

«Metronun «Sahil» stansiyası üzərindəki bina Prezident Aparatının şöbə müdiri Novruz Məmmədovun pay iştirakı ilə tikilib. Həmin binanın tikintisində digər payçı Naxçıvandan olan biznesmen İsfəndiyardır. O, sonuncu məhkəmədə yalan ifadələr verib»-bu sözləri avqustun 21-də keçirilən məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev deyib.


Bu barədə «Azadlıq» radiosuna Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, millət vəkili Cəmil Həsənli məlumat verib.


Sabiq nazir özəlləşdirmədən danışarkən hakimiyyət təmsilçilərini nəzərdə tutaraq deyib: «Onlar özlərini elə aparırlar ki, guya özəlləşdirmə haqda heç nə bilmirlər və bununla əlaqələri yoxdur…»


Vəkil İsaxan Aşurov məhkəmədən özəlləşdirilmiş obyektlərin sənədlərini tələb etməyi və müqayisəli araşdırma aparmağı xahiş edib. Vəkil xatırladıb ki, obyektlərin çoxu Fərhad Əliyevin həbsindən sonra özəlləşdirilib.


Bunlar Fərhad Əliyevin məhkəmədə söylədiyi iddialardır. Hələlik Novruz Məmmədovun deyilənlərə münasibətini öyrənmək mümkün olmayıb.


Fərhad Əliyev və daha 18 nəfər rüşvətxorluqda, mənimsəmədə, qaçaqmalçılıqda və başqa iqtisadi cinayətlərdə ittiham olunarlar.


XS
SM
MD
LG