Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

«Jurnalist həbs olunmamalıdır»


«ABŞ hökumətinin mövqeyi belədir ki, jurnalist həbs edilməməlidir»
«ABŞ hökumətinin mövqeyi belədir ki, jurnalist həbs edilməməlidir»

«Jurnalistlər alət kimi istifadə olunmamalıdır». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders Naxçıvanda müxalifət yönümlü jurnalistlərdən birinə qarşı təzyiqlər barədə suala cavabında bildirib. Diplomat xanım deyir ki, dövlət elə bir mexanizm yaratmalıdır ki, jurnalistlərlə rəsmi qurumlar arasında problemləri həll edə bilsin.


«Avropa konvensiyasında jurnalistlərlə bağlı məsələlərin başqa cür həlli yolu göstərilib. ABŞ hökumətinin mövqeyi belədir ki, jurnalist həbs edilməməlidir».


Sentyabrın 23-də AXCP-nin Naxçıvan Təşkilatının üzvü, «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev polisə müqavimət ittihamıyla həbs edilib.


Jurnalistin ailəsi ona işgəncə verilməsindən narahatdır və Qırmızı Xaç Komitəsindən xahiş edir ki, Həkimeldostu Mehdiyevin səhhətiylə bağlı araşdırma aparsın.


XS
SM
MD
LG