Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:44

Zakir Nəsirov hədə-qorxu gəldi


Apellyasiya Məhkəməsində Hacı Məmmədov və bir qrup şəxsin işi üzrə proses davam etdirilib
Apellyasiya Məhkəməsində Hacı Məmmədov və bir qrup şəxsin işi üzrə proses davam etdirilib

Oktyabrın 23-də Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) sabiq əməkdaşı, çoxsaylı adam oğurluğu və qətllər törətməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədov və bir qrup şəxsin işi üzrə proses davam etdirilib.


«Turan»ın məlumatına görə, prosesdə DİN Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun vəkili Adil İsmayılov 21 bənddən ibarət vəsatətlə çıxış edib. O, işi təkrar istintaq aparılması üçün birinci instansiya məhkəməsinə qaytarmağı, həmçinin məhkəməyə şahid qismində Baş prokurorun müavini Rüstəm Usubovu, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevi, Milli Təhlükəsizlik nazirinin sabiq müavini Tofiq Babayevi, MTN İstintaq İdarəsinin rəis müavini Tələt Məmmədovu cəlb etməyi xahiş edib.


Zərərçəkən Zamirə Hacıyevanın vəkili Xanlar Həsənovdan başqa, bütün vəkillər bu vəsatəti dəstəkləyiblər.


Sonra Zakir Nəsirov çıxış edib və bildirib ki, «bir əclaf» üzündən həbsə düşüb. Kiməsə müraciət edərək, Nəsirov hədə-qorxu gəlib: «Məni həbsə salanların hamısının axırına çıxacağam!»


O, məhkəmədən ədalətli hökm çıxarmağı xahiş edib.


Hacı Məmmədov isə bildirib ki, Nəsirovun bəyanatını özünə və yaxınlarına qarşı şantaj kimi qiymətləndirir.


Məhkəmə irəli sürülmüş vəsatət üzrə qərarı oktyabrın 24-də çıxaracaq.


XS
SM
MD
LG