Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:18

Türkiyə təyyarələri PKK-nı bombalamaqda davam edir


Bu əməliyyatlar PKK-ya ABŞ-Türkiyə münasibətləri barədə güclü mesajlar göndərir
Bu əməliyyatlar PKK-ya ABŞ-Türkiyə münasibətləri barədə güclü mesajlar göndərir

Dekabrın 26-da Türkiyə hərbi hava qüvvələri şimali İraqda PKK hərbi bazalarını bombalamaq əməliyyatını davam etdiriblər. «Nyu York Taymz» qəzeti dekabrın 27-də bu əməliyyat barədə reportaj dərc edib. Reportajda bildirilir ki, Türkiyə hərbi hava qüvvələrinin son əməliyyatları İraqın Zap əyalətindəki səkkiz məntəqəni əhatə edib. Qəzet yazır ki, hərbçilər son əməliyyat zamanı baş verən tələfat barədə heç bir məlumat verməyiblər. Bu, dekabrın 16-dan bəri Türkiyənin İraqda həyata keçirdiyi üçüncü bombalama əməliyyatıdır.


«Nyu York Taymz» yazır ki, bu əməliyyatlar baş verən zaman Türkiyə parlamentində təmsil olunan kürdpərəst Demokratik Toplum Partiyası Ankaranı məsələnin siyasi həllinə çağırmaqda davam edib. Qəzet onu da xatırladır ki, bu partiyanın əleyhinə prokurorluq Ali Məhkəmə qarşısında iş qaldıraraq onun ləğvini tələb edib. Demokratik Toplum Partiyasına qarşı əsas ittihamlar ondan ibarətdir ki, bu partiya PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina edir və bu partiyanın bir neçə üzvü həmin təşkilatla əlaqəli olmaqda şübhəli bilinir. DTP-nin sədri Nurəddin Demirtaş əsgərliyə getməkdən yayınmaq məqsədi ilə tibbi sənədlərini saxtalaşdırmaqda ittiham edilərək həbs edilmişdir.


PKK isə Türkiyəni hədələməkdə davam edir. «Nyu York Taymz» «Firat» Xəbər Agentliyinə istinadən yazır ki, PKK yaraqlıları Türkiyəni yazda aparacaqları güclü hərbi əməliyyatlarla hədələyirlər

Qəzet yazır ki, Türkiyə son hərbi əməliyyatların PKK-ya böyük itkilər verdiyini bildirsə də, PKK bu iddiaları rədd edərək itkilərin bir neçə nəfər olduğunu və onlardan da bəzilərinin mülki şəxslər olduğunu bildirir.


Bağdaddakı ABŞ hərbçiləri son hərbi əməliyyatların nəticələri barədə bir söz deməyərək vəziyyəti öyrənməkdə davam edirlər. ABŞ-ın İraqdakı hərbi qüvvələrinin sözçüsü general mayor Kevin Berqner qəzetə aşağıdakıları söyləmişdir: «Bizim həmin yerlərdə nə baş verdiyini qiymətləndirmək üçün qüvvələrimiz yoxdur. Əməliyyatı Türkiyə hərbi qüvvələri aparır və onlar da həmin yerlərdə baş verənləri ən düzgün qiymətləndirə biləcək qüvvələrdir».


Qəzet yazır ki, ABŞ çox həssas bir durumdadır, belə ki, İraqda hərbi əməliyyatları aparan Türkiyə ABŞ-ın yaxın müttəfiqidir, digər tərəfdən ABŞ şimali İraqda sabitliyin qorunub saxlanmasında maraqlıdır. ABŞ-ın Bağdaddakı səfirliyinin sözçüsü Filip Riker vurğulayıb ki, ABŞ son əməliyyatları yaxından izləyir və regionda sabitliyin pozulması, yaxud mülki şəxslər arasında tələfat onu narahat edən məsələlərdir. Eyni zamanda ABŞ diplomatı deyib ki, «ABŞ, Türkiyə və İraq PKK fəaliyyətinə son verilməsində müştərək maraqlara sahib olmaqda davam edirlər».


Türkiyə mediası qeyd edir ki, bu əməliyyatların psixoloji nəticələri onun riyazi nəticələrindən daha artıq əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyatlar PKK-ya ABŞ-Türkiyə münasibətləri barədə güclü mesajlar göndərir və Türkiyənin öz daxilində ABŞ-da münasibəti müsbətə doğru dəyişir.


PKK isə Türkiyəni hədələməkdə davam edir. «Nyu York Taymz» «Firat» Xəbər Agentliyinə istinadən yazır ki, PKK yaraqlıları Türkiyəni yazda aparacaqları güclü hərbi əməliyyatlarla hədələyirlər.


İstanbulda yeddi nəfəri yaralayan partlayış baş vermişdir ki, buna da səbəb zibil yeşiyinin içinə yerləşdirilmiş bomba olmuşdur. Ondan bir gün əvvəl isə polis çantasında 3.5 kiloqram partlayıcı daşıyan bir kişini həbs edib. Bu terror cəhdlərinin PKK ilə bağlılığı birmənalı şəkildə sübut olunmasa da, Türkiyə polisi ehtiyat tədbirlərini gücləndirir. Bu tədbirlərin nəticəsi olaraq, İstanbulun Taksim meydanında bu il yeni il şənlikləri keçirilməyəcək. Türkiyədən bildirirlər ki, meydandakı şənliklərin ləğvi həm də həmin ərəfədə PKK ilə döyüşən əsgərlərə ehtiram əlaməti olaraq edilir.


XS
SM
MD
LG