Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:59

«Samir Cavadzadə və Elnur Hüseynov çox məyusdurlar»


«Eurovision-2008»də Azərbaycan təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə
«Eurovision-2008»də Azərbaycan təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə

«Biz kompozisiya baxımından beşlikdə ola bilərdik, üçlükdə də. Çünki bütün iştirakçılar, hətta yarımfinala çıxmayanlar da bu qənaətdə idilər. Amma onu da başa düşmək lazımdır ki, Azərbaycan birinci dəfə idi «Eurovision»da iştirak edirdi». Bunu «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinə müsahibəsində bəstəkar Gövhər Həsənzadə deyib.


O, «Eurovision»da Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi «Day after day» mahnısının müəllifidir.


Bəstəkar deyir ki, Azərbaycana dəstək verən ölkələr demək olar ki, informasiyasız olub. «Amma, bu böyük qələbədir. İlk debütü ilə Azərbaycan 25 ölkə arasında 8-ci yerə çıxıb».


Gövhər Həsənzadə «Eurovision»da iştirakı yaradıcılığında ən böyük imtahan hesab edir: «Ömrüm boyu bu qədər əziyyət çəkməmişdim».


8-ci yeri tutmalarına müğənnilər Elnur Hüseynov və Samir Cavadzadənin necə yanaşmalarına gəldikdə isə bəstəkar onların daha çox dəstək gözlədiklərini bildirdi: «İkisi də çox gəncdir, onlar üçün ağır proses idi. Dünən uşaqlar çox məyus idilər, səhərə kimi yatmayıblar...»


«Eurovision»da Macarıstan və Türkiyə Azərbaycan təmsilçilərinin ifasına ən yüksək – 12 bal verib. Rusiya, Ukrayna və Çexiya tamaşaçıları isə azərbaycanlı duetin iştirakını 10 balla dəyərləndirib.


Belqradda keçirilən mahnı müsabiqəsinin qalibi Rusiya təmsilçisi Dima Bilan olub. O, «Believe» rok balladasını ifa edib. Gələn il müsabiqə Moskvada keçiriləcək.


XS
SM
MD
LG