Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:32

Suriyada etirazçıların bir tələbi yerinə yetirildi


Suriya hökuməti 50 ildir qüvvədə olan fövqəladə vəziyyət rejimini ləğv edib. Dövlət mediasının yaydığı məlumata görə, qanun Prezidetn Bashar əl-Asad imzalayan kimi qüvvəy minəcək. Bununla da islahat tələb edən etirazçıların əsas tələblərindən biri yerinə yetirilmiş olacaq.

SANA agentliyi bildirib ki, hökumət siyasi məhbusları mühakimə edən Dövlət Təhlükəsizlik Məhkəməsini ləğv edib, vətəndaşlara dinc nümayişlər keçirmək hüququnu bərpa edib.

Ancaq hələ ki, qanunlara bu dəyişiklərin ölkədə davam edən etiraz aksiyalarına münasibətə təsir edəcəyi aydın deyil.

Elə gün səhər Suriyada təhlükəsizlik qüvvələri Homs şəhərində etirazçılara atəş açıblar. Azı bir nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, nümayişçilər Suriyanın 3-cü iri şəhərinin mərkəzi meydanına toplaşıb, Bashar al-Assad hakimiyyətdən getməyənə qədər meydanda qalacaqlarını bildirirdilər.

İnsan haqları qruplarının məlumatına görə, hakimiyyət əleyhinə nümayişlər başlanandan sonrakı bir ayda Suriyada 200-ə yaxın etirazçı öldürülüb.

Daxili İşlər Nazirliyi dünən bildirib ki, indi etirazdan yox silahlı üsyandan söhbət gedir və silahlılar Sələfi təşkilatlarına məxsusdurlar. Və Sələfilərin hər hansı fəaliyyətinə imkan verilməyəcək.
XS
SM
MD
LG