Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:50

Gürcüstanda toy-bayramdır


Şengen vizası
Şengen vizası

Dünən – fevralın 2-də Avropa Parlamenti Gürcüstanla viza rejiminin ləğvinə səs verdi. Bu qərarı çoxdan gözləyən gürcü rəsmiləri AB-yə üzvlüyə bir az da yaxınlaşdıqlarına sevinirlər.

«Təbriklər. Bu gün tarixi gündür!». Gürcüstanın baş naziri Giorgi Kvirikashvili Twitter səhifəsində belə yazıb.

«EurasiaNet» saytı Avropa Parlamentindəki səsvermənin ölkədə çox böyük həyəcanla izləndiyini yazır. Brüsseldə keçirilən iclas Tbilisidə parlament binasındakı ekranda canlı yayımla nümayiş etdirilib. 647 deputatdan 553-ünün vizasız rejimə səs verməsi alqışlarla qarşılanıb, parlamentarilər qərarı şampan şərabı və üzərində AB və Gürcüstanla bağlı bərbəzəyi olan tortla qeyd ediblər.

RUSİYANIN YUMRUĞUNDAN QURTULMAQ

Qanun martdan – Avropa Nazirlər Şurasının formal təsdiqindən sonra qüvvəyə minəcək və gürcülər bundan sonra AB ölkələrinə getməkdən ötrü viza pulu verməyəcək və əlbəttə, vizadan ötrü vacib olan sənədlərə, viza növbələrinə vaxt itirməyəcəklər. Sərhəddə yalnız bilet, yaşayış yeri haqda sənəd və səyahət sığortasını göstərməli olacaqlar.

Avropa Parlamentinin qərarının daha böyük səmərəsi isə onun Gürcüstanı Rusiyanın yumruğu altında qalan keçmiş Sovet ölkəsi olmaqdan qurtarmasıdır. «Gürcüstan Avropaya heç vaxt bu qədər yaxın olmayıb», - hakim «Gürcü Arzusu» Partiyasından deputat Mamuka Mdinaradze belə deyir: «Ən mühümü odur ki, Gürcüstan yavaş-yavaş Avropa ailəsinin üzvünə çevrilməkdədir».

Tbilisidə mitinqdə AB bayrağı.
Tbilisidə mitinqdə AB bayrağı.

Müxalifətdə olan Vahid Milli Hərəkat üzvləri də bayram əhval-ruhiyyəsindədirlər. «Bu, təkcə hərəkət azadlığı deyil, bu, vətəndaşlarımızın, gənclərimizin, tələbələrimizin, iş adamlarımızın həyatını dəyişəcək yenilikdir». Vahid Milli Hərəkatın qanadı olan «Avropa Gürcüstanı»ndan Giorgi Kandelaki belə deyib. Partiya bu məsələnin onların hakimiyyəti dövründə qaldırıldığını da xatırladıb.

QIZILGÜL İNQİLABINDAN SONRA...

Rusiyaya meylliyi ilə tanınan və parlamentdə ən az yerə sahib olan Vətənpərvərlər Alyansı fərqli notlarla çıxış edib, Rusiyanın AB-dən nümunə götürəcəyinə, Gürcüstan vətəndaşlarına viza rejimini ləğv edəcəyinə ümidli olduğunu bildirib.

«Qızılgül inqilabından sonra Gürcüstan parlamenti qarşısında Avropa Birliyinin himnini çalanda, Avropa Birliyinin bayrağını qaldıranda, həm ölkəmizdə, həm də xaricdə çoxları məni ələ salırdı», - bunu keçmiş prezident Mikheil Saakashvili videomüraciətində deyib. «Amma mən dərindən inanırdım ki, Gürcüstan sürətlə Avropaya inteqrasiyaya doğru irəliləyəcək və bu, əslində, 2006-cı ildən sonra baş verdi».

Gürcüstanın hazırkı prezidenti Giorgi Margvelashvili həm Gürcü Koalisiyasının, həm də Vahid Milli Hərəkatın adını çəkib. O, həmçinin ümidini bildirib ki, bu hadisə separatçı Abxaziya və Cənubi Osetiya sakinlərini gürcü vətəndaşlığı almağa həvəsləndirəcək.

XS
SM
MD
LG