Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:11

ABŞ-nin Özbəkistandakı keçmiş səfiri: 'Prezident Karimov qızına çəkələyini atdı'


Gülnara Karimova
Gülnara Karimova

ABŞ-nin Özbəkistandakı keçmiş səfiri Corc Krol Harvard Universitetinin Rusiya və Avrasiya tədqiqatları aparan Devis Mərkəzi üçün yazdığı xatirələrində prezident İslam Karimov və onun böyük qızı Gülnara Karimova ilə tanışlığından bəhs edib.

Corc Krol 2011-ci ildən 2014-cü ilə qədər ABŞ-nin Özbəkistandakı səfiri olub.

Onun sözlərinə görə diplomat etimadnaməsini təqdim edəndən sonra İslam Karimovla bir xeyli söhbətləşə bilib.

Krol xatırlayır ki, bir saatadək çəkən söhbət zamanı Karimov Özbəkistana qonşu ölkələr haqqında gileyli şərhlər verib, zarafat edib: "Bundan sonra Karimov ayağa qalxıb məni qapıyadək ötürdü. Sonralar öyrəndim ki, o bu jesti başqa qonaqlar üçün nadir hallarda edir. Başlanğıc üçün pis deyil".

Gecə qonağı

Keçmiş səfir Gülnara Karimova ilə görüşündən, Karimovların ailədaxili münasibətlərinə cəlb olunmağından da söhbət açıb: "Bir dəfə, mənim səfirlik müddətimin sonlarına yaxın mən Karimovların xeyli qəribə ailədaxili münasibətlərinə cəlb olunmalı oldum. Yeni il ərəfəsində gecə, səfirlikdə işlərimi görürdüm. Bu vaxt mühafizəçi mənə zəng edib dedi ki, məni bir qadın, o vaxt artıq ailə işlərindən uzaqlaşdırılmış Gülnara Karimova görmək istəyir. O ABŞ-da doğulmuş iki uşağı ilə gəlmişdi".

Səfir daha sonra xatırlayır: "Əynində Versace və Gucci firmalarının paltarları olan Karimova mənə öz həyatından və üzləşdiyi problemlərdən danışdı. Mən ona diqqətlə qulaq asırdım. Narahat idim ki, birdən səfirlikdə sığınacaq istəyər. Mənə bu da qəribə göründü ki, mən adətən hakimiyyətin təzyiqi altında olan özbək insan haqları fəallarını qəbul edirdim, amma indi Özbəkistan prezidentinin qızı guya təqib olunmasından danışırdı".

"Atasının qızı"

Corc Krol xatirələrinə davam edir: "Onun iki saatlıq üzücü monoloqunun sonunda (əlbəttə, o atasının qızı idi) ehtiyatla məndən nə istədiyini soruşdum. O soruşdu ki, atası ilə onun görüşünü təşkil edə bilərəmmi? Onun sözlərinə görə atası ilə görüşünə onun anası, bacısı və Karimovun əhatəsindəki başqaları mane olurdular".

Səfir bu söhbətin ardınca prezident qızını həyətdə gözləyən cipə qədər ötürdüyünü və atası ilə görüş təşkil etməyə çalışacağını vəd etdiyini yazır: "Ertəsi gün Karimovla əlaqə saxlaya bildim. Bundan az sonra Gülnara mənə şad xəbər göndərdi ki, görüş təyin olunub. Amma sonra ondan öyrəndim ki, görüş heç də xoş keçməyib və söhbət onunla tamamlanıb ki, Karimov ayağındakı çəkələkləri Gülnaraya atıb. Bundan sonra Gülnaranı bir daha görmədim".

Səfirin sözlərinə görə Karimovun özü ona bu insident barəsində heç vaxt danışmayıb. Özbəkistanın birinci prezidenti 2016-cı ildə vəfat edib.

Həbsxana salnaməsi

2013-cü ildə Özbəkistanda Gülnara Karimovaya mənimsəmə və vergidən yayınma ilə bağlı iki cinayət işi açılıb.

Birinci iş üzrə 2015-ci ildə verilən hökmlə onun azadlığı 5 il müddətinə məhdudlaşdırılıb.

2017-ci ildə keçirilən ikinci iş üzrə Karimova 10 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin martında Daşkənd məhkəməsi ona qəsd, pul qoparma, israfçılıq və qarət, çirkli pulların yuyulması və başqa ittihamlarla 13 il 4 ay iş kəsib.

O 2019-cu ilin yazından cəzasını Daşkənd vilayətinin Zəngiyat rayonundakı 21 nömrəli koloniyada çəkirdi.

Emin Ağalarov Xəzərdə rəsmi mövcud olmayan yarımadaya necə sahibləndi? ARAŞDIRMA
Gözlə

No media source currently available

0:00 0:09:03 0:00

1.4 milyard dollar

Özbəkistanda Gülnara Karimovaya qarşı cinayət işləri ABŞ-da və müxtəlif Avropa ölkələrində ona qarşı analoji işlərin açılmasından sonra qaldırılıb.

İstintaqın versiyasına görə Karimova əsasən xarici telekommunikasiya şirkətlərindən – MTS-dən, Vımpelkomdan, ING-dən və Telia Soneradan onlara lisenziyaların verilməsi müqabilində üst-üstə 1 milyard dollar rüşvət alıb.

Bundan sonra o və yaxınları bu vəsaiti ofşor şirkətlərə çıxararaq xaricdə onlarla villa və başqa daşınmaz mülkiyyət alıblar.

Özbəkistan hakimiyyətinin məlumatına görə Gülnara və onun cinayətkar dəstəsinin xaricdəki aktivlərinin ümumi dəyəri 1.4 milyard dollardır.

Özbəkistan hakimiyyəti bu vəsaiti ölkəyə qaytarmağa çalışır.

XS
SM
MD
LG