Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:31

«Azərbaycan xarici borcu qaytarmağa çətinlik çəkəcək»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Natiq Cəfərli: "Hökumətin borclanmaya üstünlük verməsi təəssüf doğurur"
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

Azərbaycanın xarici borcları gələn il ÜDM-in 35.6 faizi, daha bir il sonra - 2018-ci ildə 54.7 faiz olacaq. Bunu Dünya Bankının təhlilçiləri belə düşünürlər.

Bu il yanvarın 1-də xarici borcun təxminən 7 milyard dollara çatdığı açıqlanmışdı. Başqa sözlə, xarici borc ÜDM-in ötənilki 8 faizindən bu ilin əvvəlinə təxminən 20 faizədək yüksəlib.

İqtisadçı mütəxəssis Natiq Cəfərlinin fikrincə, belə gedərsə, borcları qaytararkən, Azərbaycan xeyli problemlə üzləşəcək:

- Əslində, indiki iqtisadi böhrandan çıxış yolu tapmaqdansa, Azərbaycan hökumətinin borclanmaya getməsi səhv yol idi. Çünki Azərbaycan aldığı borcları 2020-ci ildən sonra daha intensiv şəkildə qaytarmağa başlayacaq. Bu müddətdən sonra neftin qiyməti qalxsa da, hasilat azalacaq və borcları qaytarmaq üçün qeyri-neft sektorunun güclü iqtisadi inkişafına ehtiyac daha da artacaq. Bunu isə görmürük. Xarici borclanma gələcək nəsillərə də problem yaradacaq, axı borcların intensiv qaytarılması 2020-2025-ci illərə təsadüf edir. Azərbaycanın problemlərindən biri də ölkənin dünyadakı kredit reytinqinin aşağı düşməsidir. Bu isə o deməkdir ki, ölkə xaricdən daha yüksək faizlə kredit alacaq. Azərbaycan bu gün 6.9 faizlə borc alır və bu faiz dərəcəsi getdikcə artacaq. Ölkənin indiyədək kimi fəxr etdiyi məsələlərdən biri xarici borcun ÜDM-dəki payının azlığı idi. Digər dövlətlərlə müqayisədə,doğrudan, çox az borc vardı -8 faiz civarında. Dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borcları da unutmamalıyıq. Bu gün dollar ifadəsində ÜDM-in təxminən 50 faizi xarici borcdur. Belə getsə, bu rəqəm daha çox çoxalacaq.

- Bütün bunlar ölkəyə nə vəd edir?

- Bu o deməkdir ki, ölkənin yükü artacaq. Düzdür, dünyada elə ölkələr var ki, ÜDM-i qədər də xarici borcu var, amma bu ölkələrin, məsələn, Yaponiyanın şaxələnmiş iqtisadi modeli, üstəlik, qızıl ehtiyatı olduğunu yaddan çıxarmamalıyıq. Bizim həm gəlirlərimiz, həm də valyuta ehtiyatlarımız azalır. Borc artdıqca, Azərbaycana borc verən bankların sayı azalacaq, borc təklif edən banklarsa daha yüksək faiz istəyəcək. Belə davam edərsə, Azərbaycan borcunu qaytarmaya və iqtisadi fəlakətlə üzləşə bilər.

- Borcların yönəldiyi sahələrdən əldə edilən gəlirlə borcları ödəmək mümkün deyil?

- Məsələ burasındadır ki, borcların böyük hissəsi infrastruktur layihələrinə xərclənib. Məsələn, yol çəkilib. Bu, birbaşa yox, dolayısı ilə əlavə dəyər yaradır. Deməli, belə yatırımlardan əldə edilmiş gəlirlə borcu bağlamaq ehtimalı aşağıdır. Yalnız dövlət şirkətləri aldığı borclarla birbaşa əlavə dəyər yaradıblar. Məsələn, AZAL borclanaraq təyyarə alıb və bununla birbaşa əlavə dəyər yaradıb. Təyyarənin istifadəsindən qazandığından borcu qaytaracaq.

- Azərbaycan Neft Fondunun yatırımlardan əldə etdiyi gəlir hesabına borcu qaytarmaq olmaz?

- Neft Fondunun yatırımlarından qazancı o qədər çox deyil ki, bundan borc qaytarmaq imkanı yaransın. Ortalama gəlir səviyyəsi təxminən 1 faizdir.Bununla da yalnız xarici borcların faizlərini ödəmək olar, amma ana borc yerində qalacaq.

- Natiq bəy, ölkənin xarici borcu sıravi vətəndaşa necə təsir göstərəcək?

- Hökumət intensiv şəkildə borc qaytarmağa başlayacaqsa və büdcə gəlirləri yetərincə olmayacaqsa, deməli, vətəndaşın sosial problemlərini, maaş artımını, ölkə daxilində müxtəlif layihələrin həyata keçirilməsini arxa plana atacaq. Başqa sözlə, hökumətvətəndaşın sosial rifahını yaxşılaşdırmaqdansa,daha çox borcu necə qaytarmaq barədə düşünəcək.

XS
SM
MD
LG