Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:26

Nəğmə adlı qız 'namus üstdə öldürülüb'


Xeybər vilayətində ucqar kənd (Foto arxivdəndir)
Xeybər vilayətində ucqar kənd (Foto arxivdəndir)

Pakistanın Xeybər tayfa rayonunda 12 yaşlı bir qızın, ailəsi tərəfindən öldürüldüyü xəbər verilib.

Yerli sakinlər və rəsmilərin AzadlıqRadiosuna dediyinə görə qızı həmkəndlisi olan bir oğlana qoşulub qaçdığına görə qətlə yetiriblər.

Xeybər rayonunun Ləndi Kotal sahəsinə cavabdeh rəsmi Niyaz Muhammad deyib ki, qızı yerli təhlükəsizlik xəfiyyələri həbs etmiş, ona heç bir ziyan vurulmayacağı barədə qarantiya alındıqdan sonra ailəsinə təhvil verilmişdi.

Lakin sonradan bəlli olduğuna görə qız, ailəsi tərəfindən iyunun 27-də “namus üstündə” öldürülüb.

Niyaz Muhammad deyib ki, “qız iyunun 23-də evdən qaçıb və 27-də ailəsi tərəfindən öldürülüb. Biz qızın əmisini və başqa bir nəfəri həbs etmişik”.

Nəğmə adlı qız Əfqanıstan-Pakistan sərhədində, Torxam şəhərinin yaxınlığındakı Xoqaxel kəndində yaşayırdı.

Niyaz Muhammad deyib ki, bölgənin siyasi administrasiyası Sərhəd Regionları Cinayət Məcəlləsinin qətldə iştiraka dair maddəsi ilə 4 nəfəri həbs edib. Onlardan ikisi qızın və digər ikisioğlanın ailəsindəndir.

Model Qəndil Bəlocu ötən il qardaşı İnstagram şəkillərinə görə öldürüb
Model Qəndil Bəlocu ötən il qardaşı İnstagram şəkillərinə görə öldürüb

Britaniya müstəmləkəçiliyi zamanından qalma bu məcəllə siyasi administrasiyaya cinayət törədib qaçmış şəxsin qohumlarının həbs edilməsinə imkan verir.

Ötən il model və sosial media məşhuru Qəndil Bəloc öz sosial media hesablarında video və şəkillərini post etdiyinə görə qardaşı tərəfindən qətlə yetirilmişdi.

Bu arada Xeybər Paxtunkva vilayətinin qubernatoru ərazi administrasiyasına qızın qətli ilə bağlı cinayət təhqiqatının aparılmasını tapşırıb.

XS
SM
MD
LG