Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:27

Zəlzələdən 21 il ötüb, hələ də bu evdə qalırlar


Ağdaş sakini bu qəzalı evdə qızı və azyaşlı nəvələriylə birgə yaşayır. İyun 2017
Ağdaş sakini bu qəzalı evdə qızı və azyaşlı nəvələriylə birgə yaşayır. İyun 2017

"21 il əvvəl zəlzələ evimizi dağıtdı. Uzun müddət çadırda qaldıq, həyat yoldaşım elə çadırda soyuqdan xəstələndi, sonra da sağalmadı, vəfat etdi. Qızımla qaldım. Uzun yalvarışlardan sonra bizi qəzalı bir tikiliyə yerləşdirdilər. O da başımıza dağılır. Elə bil alnımıza yazılıb ki, həyatımız dağıntılar arasında yaşamaqla keçəcək. Əslində, buna yaşamaq da demək olmur, biz eləcə, nəfəs çəkirik. Ölmək istəsək də, ölə bilmirik, çünki insan həyatı yaşamırıq".

Ağdaş sakini Hicran Musayeva 21 ildir ki, evsiz-eşiksiz qalıb. 1996-cı ildə baş verən zəlzələdən evi əşyaları ilə birlikdə alt-üst olub. Elə həyatı da... Evi dağılan ailəni əvvəl çadıra, sonra da dağılmaq üzrə olan başqa bir evə köçürüblər. İndi də bu qəzalı evdə qızı və azyaşlı nəvələriylə hər an uçqun həyəcanı yaşayır:

Buna da bax: Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]

“BİRCƏ OTAQ DA OLSA, VERSİNLƏR”

“2002-ci ilin avqustunda icra başçısı bizi bura yığanda söz verdi ki, tezliklə bizə ev tikilib veriləcək. 15 il keçir, hələ də qəzalı taxta evdə yaşayırıq. Azca təkan baş versə, hamımız sınıq-salxaq, ikimərtəbəli, taxta evin altında qalacağıq. Heç olmasa, körpələrə yazıqları gəlsin. Sütunlar, döşəmə, tavan çürük-çürükdür. Ağdaşı bəzəyirlər, bütün binaları üzləyirlər, ancaq gəlib bizim vəziyyətimizlə maraqlanmırlar. 1 ilə yaxındır ki, özüm də insult keçirmişəm. Mən də ölsəm, bu tifillərin halı necə olacaq? Heç olmasa, bunların gələcəyini düşünsünlər, bircə otaq da olsa, versinlər, yığım onları bir ocaq başına, sonra rahat ölüm".

Hicran Musayeva icra hakimiyyətinə, prezidentə və onun xanımına dəfələrlə müraciət etsə də, cavab almayıb.

Buna da bax: Balakənd sakini: 'İş yox, sosial yardım yox, təqaüd suya çatmır'

Qurumdan "Qaynar xətt"ə bildirilib ki, H. Musayevanın müraciətləri araşdırılıb və onu hazırda mənzillə təmin etmək mümkün deyil. Çünki icra hakimiyyətinin fondunda mənzil yoxdur. 15 il əvvəl ailənin evsiz qaldığını görən qurumun gücü yalnız hazırda məskunlaşdığı evə köçürməyə çatıb.

"Yenə də nümayəndələrimiz ailənin vəziyyəti ilə maraqlanacaqlar. Əgər ev qəzalı vəziyyətdədirsə, tədbir görməyə çalışacağıq", – qurumdan bildirilib.

XS
SM
MD
LG