Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:23

Avropa İttifaqı Serbiyanın Kosovo avtomobil nömrə nişanlarını tanımasını alqışlayıb


Kosovo-Serbiya keçidi
Kosovo-Serbiya keçidi

Avropa İttifaqı Serbiyanın Kosovo avtomobil nömrə nişanlarını tanımaq qərarını alqışlahyıb.

Aİ bildirib ki, bu, Serbiya və ondan ayrılmış Kosovo arasında münasibətlərin normallaşmasının mümkünlüyünü göstərir.

Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano dekabrın 26-da X sosial media platformasında yazıb ki, bu qərar “Normallaşmaya Gedən Yol” razılaşmasının icrası, habelə Hərəkət Azadlığına dair Dialoq istiqamətində “pozitiv addımdır”.

Aİ-yə inteqrasiya yolunda “düzgün addım”

Stano habelə vurğulayıb ki, bu həm də Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyası istiqamətində “düzgün addımdır”.

Sözçü qeyd edib ki, indi Avropa İttifaqı Kosovodan buna bənzər qarşılıq addımının atılmasını gözləyir.

Bununla belə Priştina hələki Belqradın bu jestinə heç bir reaksiya verməyib.

Avtomobil nişan nömrələri indiyədək iki ölkənin münasibətlərində əsas əngəllərdən biri olub.

İndiyədək Serbiya maşınları Kosovoya, Kosovo maşınları isə Serbiyaya gedərkən nömrə nişanlarının üstünü örtürdülər.

“Kosovonun müstəqilliyinin tanınması kimi yozulmamalıdır”

Serbiya dekabrın 25-də Kosovodan gələn avtomobillərin Serbiyada Kosovo Respublikasının dövlət nömrə nişanları ilə sərbəst hərəkətinə icazə verilməsi barədə qərar qəbul edib.

Serbiya hökumətində Kosovo üzrə nazir Petar Petkoviç təsdiq edib ki, bu qərar 2024-cü il, yanvarın 1-dən qüvvədə olacaq.

Petkoviç deyib ki, bütün postlara və inzibati sərhəd keçidlərinə bu qərarın hərəkət azadlığının təmin edilməsi üçün verildiyi barədə bildiriş göndəriləcək və bu addım Kosovonun müstəqilliyinin Serbiya tərəfindən tanınması kimi yozulmamalıdır.

Avropa İttifaqının vasitəçiliyi ilə 2011-ci ildə əldə olunmuş razılaşmaya görə Serbiya Kosovo nömrə nişanlarını tanımağa razılıq versə də, bu razılaşma heç vaxt icra olunmayıb.

Kosovo bu ilin əvvəlində Serbiya nömrə nişanları olan maşınların sürücülərinin cərimələnməsinə dair ziddiyyətli qərarını sonradan ləğv edib.

XS
SM
MD
LG