Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:16

Avropa İttifaqı Kiyevə 500 milyon avro təcili hərbi yardım göstərəcək


Versal sarayına gedən yol
Versal sarayına gedən yol

Aİ sammitinin bəyanat layihəsindən: “Ukrayna Avropa ailəsinin üzvüdür. Biz Ukrayna ilə bağlarımızı möhkəmlədəcək, partnyorluğumuzu dərinləşdirəcəyik”

Avropa İttifaqının liderləri Moskva üzərinə təzyiqi Rusiyaya qarşı yeni sanksiyalarla artırırlar.

Martın 11-də Aİ-nin xarici işlər komissarı Josep Borrell deyib ki, ittifaqa daxil 27 ölkənin liderləri Versalda keçirilən sammitdə Ukraynaya əlavə olaraq 500 milyon avroluq (550 milyon dollar) hərbi yardım göstərilməsinə dair razılığa gəliblər.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Aİ-ni onun ölkəsi üçün daha çox iş görməyə çağırmışdı.

Borrel deyib ki, sözü gedən yardım Kiyevə “dərhal” göstəriləcək.

Avropa İttifaqı bundan əvvəl Ukraynaya 450 milyon avroluq hərbi yardım göstərilməsi barədə qərar qəbul etmişdi.

Bu qərara ittifaq üzvləri misli görünməmiş yekdilliklə səs vermişdilər.

Avropa liderləri Ukraynanın Aİ-yə inteqrasiyasını dəstəkləyirlər

Avropa liderləri Ukraynanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyiblər. Bu haqda Twitter-də Litvanın Prezidenti Gitanas Nauseda yazıb.

Onun sözlərinə görə, beş saatlıq qızğın müzakirələrdən sonra Ukraynanın avrointeqrasiyasına “hə” deyilib.

“Proses başladı. İndi bu işi tez görmək bizdən və ukraynalılardan asılıdır. Ukrayna xalqı onu Aİ-də görməkdən məmnun olduqlarını bilməlidir”, – Nauseda vurğulayıb.

İndi Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük müraciəti üzrə yekun rəyini açıqlamalıdır. O vaxtadək Kiyevlə tərəfdaşlıq münasibətləri möhkəmləndiriləcək. “Ukrayna bizim Avropa ailəmizə məxsusdur”, – Aİ-nin Versalda keçirilən qeyri-rəsmi sammitinin bəyanatında vurğulanır.

Amma komissiyanın dəyərləndirməsi çox vaxt ala bilər, Niderlandın Baş naziri Mark Ryutte deyib.

“Aİ-yə üzvlük üçün sürətləndirilmiş proses mövcud deyil. Bu, Monteneqro, Serbiya, Albaniya və Şimali Makedoniyaya şillə vurmaq olardı. Onlar uzun müddətdir üzvlük prosedurunun başlanmasını gözləyirlər”, – o deyib.

***

Avropa İttifaqı liderlərinin martın 10-da Fransanın Paris yaxınlığındaklı Versal sarayında başlanmış sammitində əsas mövzunun Ukrayna olacağı gözlənilir.

Reuters yazır ki, bu sammitdə Aİ-nin Rusiya qazından asılılığının azaldıması yollarının müzakirəsi də nəzərdə tutulub.

Xəbərdə deyilir ki, sammit Rusiyanın hücumuna məruz qalmış Ukrayanaya güclü siyasi və mənəvi dəstək ifadə edəcək, amma Kiyevin Aİ üzvlüyünə sürətləndirilmiş qəbulu məsələsində konkret addımlar gözlənilmir.

Reuters yazır ki, Aİ sammitinin bəyanat layihəsində deyilir: “Ukrayna Avropa ailəsinin üzvüdür. Biz Ukrayna ilə bağlarımızı möhkəmlədəcək, partnyorluğumuzu dərinləşdirəcəyik”.

Xəbərdə bu da qeyd olunur ki, Avropa İttifaqının genişləndirilməsi məsələsi üzv ölkələr arasında fikir ayrılığına səbəb olub.

Proses əslində başlanıb

Həm Rusiya, həm də Ukrayna ilə sərhədi olan Latviyanın baş naziri Krisyanis Karins düşünür ki, Ukraynaya “üzvlüyə namizəd” statusu verilə bilər, amma üzvlük “uzun və çətin bir yoldur”.

Bununla belə Karins düşünür ki, Ukraynaya ittifaq qapısının ona açıq olduğu barədə aydın mesaj verilməsi mühümdür.

Ukraynanın üzvlüyə daha tez qəbul olunmasına Fransa, Polşa, Baltik ölkələri tərəfdardırlar, amma məsələn Niderland bu qənaətdədir ki, ittifaqa üzvlük prosesinin vaxt limitini dəyişməyə ehtiyac yoxdur.

Ukrayna artıq Aİ ilə assosiasiya sazişi imzalayıb və blokla Kiyev arasında sıx əməkdaşlıq mövcuddur.

Ukrayna Aİ üzrə bir çox proqramlara daxil eduilib.

Buna görə də bəzi diplomatlar Ukraynanın Aİ üzvlüyü prosesinin praktikada əslində başlandığını deyirlər.

Versal sammitində Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə razlılaşmanın əldə olunacağı gözlənilir.

Aİ sammitində qərarlar 27 üzvün hər birinin razılığı ilə qəbul olunur.

XS
SM
MD
LG