Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:19

Birinci ledinin Parisdə yaşadığı xoşagəlməz anlar


Azərbaycanın birinci ledisi Mehriban Əliyeva Fransa prezidenti François Hollande la Yelisey sarayında görüşüb
Azərbaycanın birinci ledisi Mehriban Əliyeva Fransa prezidenti François Hollande la Yelisey sarayında görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisə son səfəri zamanı inadkar fransız jurnalistin çətin sualları ilə üzləşməli olub.

.

Claire Bigg

Azərbaycanın birinci ledisi Mehriban Əliyeva ötən həftə Parisə yüksək səviyyəli səfəri əsnasında Fransa prezidenti Francois Hollande-la Yelisey sarayında tete-a-tete görüşü də daxil olmaqla, Fransa rəsmiləri tərəfindən hərarətlə qarşılanıb.

Amma yeni təhqiqat reportajından bəlli olur ki, bir qrup fransız jurnalist, on il bundan əvvəl ölüm ayağında olan atasından hakimiyyəti qəbul etmiş və o vaxtdan bəri ölkəni dəmir əllə idarə edən prezident İlham Əliyevin xanımının hərarətli qəbuluna “şaxta gətiriblər”.

Fransa Milli Televiziyası ilə sentyabrın 7-də yayınlanmış “Cash Investigation” (Pul təhqiqatı) proqramında telekanal müxbirinin birinci lediyə yaxınlaşaraq ona suallar verdiyini nümayiş etdirib. Jurnalist Mehriban Əliyevaya, o, “Azərbaycan, Tolerantlıq Yurdu” (Azerbaijan, Land Of Tolerance) adlı foto sərgisinin açılışını edəndən dərhal sonra yaxınlaşıb.

Bu hadisə videoda 37:20-dən başlayır.

“Sizin ölkəniz doğrudanmı tolerantlıq yurdudur?” – deyə soruşub reportyor.

“Bəli, əlbəttə” – deyib bir qədər həyəcanlanmış Əliyeva.

Bundan sonra jurnalist birinci lediyə xatırladıb ki, Azərbaycan bütün dünyada insan haqlarının ən pis olduğu ölkələrdən biridir və onun həbsxanalarında “çoxlu siyasi məhbuslar var”.

“Bunu necə deyə bilərsiniz? Bu, doğru deyil” – deyə cavab verən Əliyevə dərhal da oradan aralanmağa çalışıb və jurnalistə “düzgün informasiya” almağı məsləhət görüb.

Lakin ipə-sapa yatmayan jurnalist birinci ledidən beynəlxalq icmanın çağırışlarına baxmayaraq, Əliyev rejiminin bu yaxınlarda məhkum edilmiş iki aparıcı tənqidçisi - insan haqları fəalı Leyla Yunusdan və jurnalist Xədicə İsmayılovadan xəbəri olub-olmadığını soruşmağa başlayıb.

Bu epizodda Əliyevanın suallara cavab vermədən çevrilib getdiyi görünür, onun təhlükəszilik xidməti isə jurnalisti kənara itələyir və cangüdənlər ona “sakit olmağı” əmr edirlər.

“Biz Fransadayıq – deyir jurnalist, - Fransada jurnalistlər sual verə bilərlər”.

Sərginin inaqurasiya şənlikləri davam edir, Əliyeva isə nəhayət ofislərdən birinə çəkilir.

Bu sərgi Əliyevanın rəhbərlik etdiyi və prezident İlham Əliyevin 2003-cü ilədək Azərbaycana rəhbərlik etmiş mərhum atasının adını daşıyan Heydər Əliyev Fondu tərəfindən təşkil edilib.

Avqust ayında Bakı məhkəməsi Leyla Yunusu dələduzluq, vergidən yayınma və qanunsuz biznes fəaliyyəti ittihamları ilə 8 il yarım azadlıqdan məhrum edib. Geniş ictimaiyyət arasında Yunusa qarşı ittihamlar ondan insan haqları sahəsindəki işinə görə qisas alınması kimi qəbul edilir.

Onun xəstə əri, 60 yaşlı Arif dələduzluq ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunun yazarı İsmayılova heyrətamiz şəkildə bənzər ittihamlarla 7 il yarım müddətinə azadlıqdan məhrum olunub.

XS
SM
MD
LG