Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Almaniyada peyvənd vurdurmayanlar üçün qadağalar qoyula bilər


Praqada nümayiş, 17 noyabr, 2021-ci il
Praqada nümayiş, 17 noyabr, 2021-ci il

Bavariyada bir xəstəxananın reanimasiya çarpayıları dolduğundan, bir koronavirus xəstəsi müalicə üçün İtalyanın şimalına göndərilib

Almaniyanın 16 vilayət başçısı və federal liderlər noyabrın 18-də pandemiya danışıqları aparacaqlar. Ölkədə koronavirusa gündəlik yoluxmalar yüksəlməkdədir.

Vilayət rəhbərləri koronavirus qaydaları və qadağalarına vahid yanaşma istəyirlər. Onların dövlət xidmətlərinə çıxışı məhdudlaşdırmağı, mövcud vaksinasiya həddini 68 faizdən necə qaldırmağı müzakirə edəcəkləri gözlənilir.

Yalnız peyvənd vurdurmayanlar deyil...

Ən yüksək yoluxma səviyyəsinin aşkarlandığı şərqi Saksoniya vilayətinin baş naziri danışıqlar ərəfəsində deyib ki, daha sərt məhdudiyyətlərə ehtiyac var.

“Bu dalğanın öhdəsindən uğurla gəlmək istəyiriksə, bunu yalnız peyvənd vurdurmayanlarla məşğul olmaqla edə bilməyəcəyik”,Maykl Kretçmer deyib.

Noyabrın 17-də Almaniyada gündəlik yoluxmalarda daha bir rekord qeydə alınıb. 294 ölüm isə ümumi ölü sayını 98 min 274-ə çatdırıb.

Son dalğa nəticəsində ölkənin bəzi yerlərində xəstəxanalara təzyiqi artırıb, bəziləri kömək üçün Avropa Birliyinə üz tutub.

Bavariyada bir xəstəxananın reanimasiya çarpayıları dolduğundan, bir koronavirus xəstəsi müalicə üçün İtalyanın şimalına göndərilib.

Etirazlar

Qonşu Avstriyada peyvənd olunmalar üçün lokdaun qüvvəyə minib.

Slovakiya və Çex Respublikasında COVID-19-a qarşı tədbirlər nümayişlərə səbəb olub. Bu ölkələr həmin gün 1989-cu il antikommunist Məxməri İnqilabın ildönümü qeyd ediblər.

Bratislavada noyabrın 17-də 9 etirazçı saxlanıb, iki polis əməkdaşı xəsarət alıb. Etirazçılar hökumət binası və digər dövlət qurumları qarşısına yığışaraq “koronovirus diktaturası”na son qoyulmasını tələb ediblər.

Praqada etirazçılar sosial məsafəyə əməl etməyib, maska taxmayıblar. Hər iki ölkədə noyabrın 17-də koronavirusa rekord sayda yoluxma aşkarlanıb.

Delta ştammının variantı

London İmperial Kollecinin noyabrın 18-də açıqladığı tədqiqatda deyilir ki, delta ştammının Britaniyada artan variantı simptomatik COVID-19 yoluxması ilə sonuclanmır.

AY.4.2 adlı variant hazırda Britaniyada yoluxmaların 12 faizə qədərini əhatələyir. Ancaq onların yalnız üçdə birində “klassik” COVID-19 simptomları aşkarlanıb. Hazırda dominant AY.4 ştammında isə yoluxmaların yarıya qədərində simptomlar bilinir.

AY.4.2-yə yoluxanların üçdə ikisində azı bir simptom aşkarlanıb. AY.4-də bu göstərici 75 faizdən çoxdur.

Cənubi Koreya

Bu arada Cənubi Koreya noyabrın 18-də COVID-19-a rekord 3 min 292 yoluxmanın qeydə alındığını bildirib.

Bu ayın əvvəlində bir çox sosial məsafə qaydaları qaldırılanda rəsmilər və ekspertlər mümkün artımını proqnozlaşdırırdılar. 52 milyon əhalisi olan ölkə 70 faizlik vaksinasiya həddinə çatandan sonra məhdudiyyətlər qaldırılmağa başlayıb. Hazırda isə əhalinin 78.5 faizindən çoxunun peyvənd olunduğu deyilir.

Rəsmilər yoluxmalarda artımı vaksinlərin effektinin tədricən azalması ilə də izah edirlər.

XS
SM
MD
LG