Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:23

ABŞ da qaçqın qəbul edəcəkmi?


Arxiv fotosu: Türkiyədə Suriyadan qaçqın düşmüş kürd ailələr üçün çadır şəhərciyi.
Arxiv fotosu: Türkiyədə Suriyadan qaçqın düşmüş kürd ailələr üçün çadır şəhərciyi.

Bir sıra Avropa siyasiləri Amerika Birləşmiş Ştatlarını Avropanın miqrant yükününün altına giməməkdə günahlandırırlar

Bu həftəsonu Amerika Birləşmiş Ştatları bir sıra Avropa siyasətçiləri tərəfindən miqrant böhranına biganə qalmaqda ittiham edilib.

Putin Vaşinqtonu qınayır

Rusiya prezidenti Vladimir Putin Avropanı bürümüş qaçqın böhranına görə “Amerikanın iflasa uğramış xarici siyasətini” günahlandırıb.

O Vladivostokda etdiyi çıxışında bildirib ki, “bu böhran tamamilə gözlənilən idi”.

Rusiya prezidenti ABŞ-ın və onun Qərb müttəfiqlərinin Yaxın Şərq və müsəlman dünyasındakı siyasətlərini “yanlış” adlandırıb və terrorizmə qarşı mübarizədə Rusiyanın da iştirakı ilə “əsl koalisiya” yaratmağa çağırıb.

Putin bildirib ki, Avropada miqrant böhranının əsl səbəbkarı olan ABŞ, indi Avropaya bu böhranın çözümündə heç bir yardım etmir.

4 ildə 1500 qaçqın

Lakin Qərbi Avropa siyasətçilərindən bəziləri də Vaşinqtonu biganəliyinə görə tənqid ediblər.

Onlar deyirlər ki, yüz minlərlə müharibə qaçqını Avropaya doluşduqca, Vaşinqton özünün miqrant kvotasını artırmaq niyyətində olduğu barədə heç bir siqnal vermir.

David Miliband deyib ki, ABŞ üçün 1500 qaçqın cüzi rəqəmdir
David Miliband deyib ki, ABŞ üçün 1500 qaçqın cüzi rəqəmdir

Böyük Britaniyanın keçmiş xarici işlər naziri, hazırda isə ABŞ Beynəlxalq İxlas Komitəsi xeyriyyə təşkilatının rəhbəri David Miliband Birləşmiş Ştatları keçmişlərdə olduğu kimi indi də qaçqlın məsələsində liderlik etməyə çağırıb.

O bildirib ki, ABŞ tarix boyunca fəlakətə düşərək qaçqına çevrilən insanların məskunlaşdırılmasında həmişə lider olub, lakin Amerikanın son 4 ildə yalnız 1500 qaçqını məskunlaşdırması bu humanitar problemin həllinə cüzi töhfədir. ABŞ 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanandan bəri məhz bu qədər Suriya qaçqınına sığınacaq verib.

ABŞ narahatdır

Dövlət Departamentinin sözçüsü John Kirby həftəsonu Reuters agentliyinə müsahibəsində Birləşmiş Ştatların ölkəyə daha çox mühacir buraxacağına dair heç bir ümid verməyib.

O deyib ki, ABŞ qaçqın probleminin həllinə 4 milyard dollar məbləğində yardım verib.

Cənab Kirby deyib ki, ABŞ Avropaya Suriyadan qaçqın axının təhlükəsizlik tərəfindən nigarandır və prezident Obama bu xüsusda Avropa liderləri ilə məsləhətləşmələr aparır.

ABŞ hakimiyyət orqanları qaçqınlarla birlikdə Qərbə İslam Dövləti adlanan təşkilatın və əl-Qaedanın adamlarının soxula biləcəyindən nigarandır.

Bununla belə, bir sıra Amerika siyasətçiləri bildirirlər ki, ABŞ dünya lideri kimi Avropanın qaçqın böhranının çözümündə mütləq rol oynamalıdır.

Avropanın miqrant problemi artıq ABŞ-dakı prezident seçkisi kampaniyasını da təsirləndirməkdədir.

Trump da rəhmə gəldi

Respublikaçıların bu kampaniyada öndə gedən namizədi, milyarder Donald Trump indiyədək özünün mühacirət məsələsindəki sərt mövqeyinə görə populyarlıq qazanıb, lakin hətta o da, daha çox Suriya qaçqınına sığınacaq verilməsinin zərurətini dilə gətirib.

Prezidentliyə namizəd John Kasich deyib ki, qaçqınlara sığınacaq verilməsi Amerikanın məsuliyyətidir, lakin ölkəyə gələnlərin assimilyasiya ediləcəyindən əmin olmaq lazımdır.

Başqa bir respublikaçı namizəd John Kasich də müsahibələrindən birində deyib ki, Avropanın qaçqın probleminin həllində ABŞ-ın daha fəal rolunu görmək istərdi.

Namizəd deyib ki, qaçqınlara sığınacaq verilməsi Amerikanın məsuliyyətidir, lakin ölkəyə gələnlərin assimilyasiya ediləcəyindən əmin olmaq lazımdır.

Harvard Kennedy Kollecinin professoru Michael İgnatieff “The New York Times” qəzetində yazdığı məqalədə bildirir ki, ABŞ, Kanada və Yaxın Şərq ölkələri qaçqın böhranının Avropa problemi olduğunu düşünməklə səhvə yol verirlər.

O ABŞ və Kanada hökumətlərini minimum 25 min Suriya qaçqınını himayə etməyə çağırıb.

XS
SM
MD
LG