Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:53

RT ukraynalı uşaqları ‘çayda boğmağa’ çağıran teleaparıcı ilə ‘əməkdaşlığı dayandırır’


Anton Krasovski
Anton Krasovski

RT televiziyası rusiyalıları işğalçı sayan ukraynalı uşaqları çayda boğmağa çağıran teleaparıcını işdən kənarlaşdırdığını bildirir.

Televiziyanın baş redaktoru Marqarita Simonyan oktyabrın 23-də tvitində yazıb ki, “iyrənc” şərhlərinə görə Anton Krasovski ilə əməkdaşlıq dayandırılır, RT-də heç kəs onun fikirlərini bölüşmür.

Jurnalist isə oktyabrın 24-də dediklərinə görə üzr istəyib.

+++

Rusiyanın dövlətin nəzarətində olan RT telekanalının aparıcısı deyib ki, sovet idarəçiliyi vaxtı rusiyalılara işğalçı kimi baxan ukraynalı uşaqları çayda boğmaq lazım idi.

RT-nin aparıcısı Anton Krasovski ötən həftə verilişdə qeyd edib ki, Rusiyanı tənqid edən uşaqları “sürətlə axan çaya atmaq lazım idi”.

Yazıçının xatirələri

Müharibə tərəfdarı olan Krasovki Avropa İttifaqının sanksiyaları altındadır. O, rusiyalı elmi fantastika yazıçısı Sergey Lukyanenkonun xatirələrinə reaksiyasında belə deyib. Yazıçının sözlərinə görə, 1980-ci illərdə Ukraynada səfərdə olanda uşaqlar ona deyiblərmiş ki, Moskva onların ölkəsini işğal etməsəydi, daha yaxşı yaşayardılar.

“Onları Tisina (çayında) boğmaq lazım idi. O uşaqları sadəcə çaya atın, atın”, – deyən Krasovski uşaqların “daxmalara yığılaraq yandırılması” təklifini də irəli sürüb.

Müsahibənin kiçik bir hissəsi sosial mediada yayılıb. Krasovski həmin müsahibədə işğal vaxtı rusiyalı əsərlərin yaşlı ukraynalı qadınları zorlaması haqda xəbərlərə gülür.

Kulebanın tviti

Aparıcını dedikləri Ukraynada və Qərbdə qəzəb yaradıb, Rusiyanın ukraynalıların kökünü kəsmək niyyəti haqda iddiaları alovlandırıb.

“RT-ni hələ də qadağan etməyən hökumətlər bu hissəyə baxsınlar”, – Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba müsahibədən bir hissəyə link qoyaraq tvit yazıb.

“Aqressiv soyqırımı təhrikinin (bu şəxsi buna görə mühakimə edəcəyik) söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Dünyada RT-ni qadağan edin”, – Kuleba sözlərinə əlavə edib.

Keçmişi

Krasovski 2013-cü ildə Rusiya televiziyasında canlı yayımda gey olduğunu elan etmiş, bununla da Kremlin azyaşlılara homoseksuallığın “təbliği”nə görə sərt cərimələr və həbs cəzası nəzərdə tutan qanunvericiliyinə etirazını bildirmişdi. Bundan sonra o, müvəqqəti olaraq Rusiya televiziyasından uzaqlaşdırılmışdı.

Elə həmin il Rusiyanın cənubundakı Volqoqrad şəhərində 22 yaşlı bir kişi gey olduğu üçün qonşuları tərəfindən öldürüləndə Krasovki “The Guardian” qəzetində köşə yazısında Kremli bir qrup adamı hədəfə aldığına görə tənqid edirdi.

Krasovski 2020-ci ildə aparıcı kimi RT-yə qayıdıb.

XS
SM
MD
LG